Vakansiya! Bank of Baku Biznes kreditləri sahəsinə kiçik ekspert axtarır

Vakansiya! Bank of Baku Biznes kreditləri sahəsinə kiçik ekspert axtarır

Şirkətin Adı:    Bank of Baku
Vakansiya:     Biznes kreditləri sahəsinin kiçik eksperti (Bakı və Sumqayıt şəhərləri )
Yüklənib/ Son tarix:     19 oktyabr / 19 noyabr
E-mail:     [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • Potensial müştəriləriBanka cəlb etmək məqsədilə birbaşa marketinq həyata keçirir
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir
  • Ərizəçinin biznesinin maliyyə təhlilinihəyata keçirir
  • Kreditin verilməsi ilə bağlı təklif hazırlayır
  • Kredit portfelinin keyfiyyətinə nəzarət edir

Tələb olunan kriteriyalar:

  • Ali təhsil ( ali iqtisadi təhsilin olması üstünlük təşkil edir)
  • Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
  • Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
  • Müştərilərlə ünsiyyət qurmaq bacarığı
  • Təhlil etmə bacarığı
  • Məsuliyyətli və dəqiq
  • Stresə davamlılıq
  • Azərbaycan dilini əla bilmək (Rus dili biliklərinin olması üstünlük təşkil edir)
  • MS Office proqramlarında işləmək bacarığı
  • Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Biznes kreditləri sahəsinin kiçik ekspert” yazmaqla öz CV-lərini və ya bankın saytından(http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html )əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində [email protected]   ünvanına  göndərə bilərlər. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər