Vakansiya! Konsaltiq şirkətində mühasib işləyib 700 manat qazanmaq şansı

Vakansiya! Konsaltiq şirkətində mühasib işləyib 700 manat qazanmaq şansı

Maaş:    600 - 700 AZN
İşəgötürən:    Azerbaijan Consulting Group (ACG)
Vakansiya:    Mühasib
Şəhər:    Bakı
Yaş:    22 - 30
Təhsil:    Natamam ali
İş təcrübəsi:    1 ildən 3 ilə qədər
Əlaqədar şəxs:    Natiq İsmayılov
Telefon:    (012) 597 48 33
Faks:    (012) 597 48 32
E-mail:    [email protected]
Elanın tarixi:    Oktyabr 18, 2012
Bitmə tarixi:    Noyabr 17, 2012

İş barədə məlumat

    - Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir
    - Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır
    - Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir
    - Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir
    - Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir
    - Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir
    - Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir

Namizədə tələblər

    - İş təcrübəsi: müvafiq vəzifədə 2-3 il
    - Təhsil: mühasibatıq üzrə diplom/sertifikat
    - Dillər: Azərbaycan
    - Kompyuter bacarığı: 1C proqramı

    CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz Sizdən xahiş olunur.

Mənbə: boss.az

0 Komment

    Şərh yazın

    Xəbərlər