
Vakansiya! Finca təşkilatı xəzinədar üzrə işçi axtarır
Şirkətin Adı: FINCA Azerbaijan
Xəzinədar: Xəzinədar
Yüklenib/ Son tarix: 15 oktyabr / 22 oktyabr
İş yeri: Tovuz
E-mail: [email protected]
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı TOVUZ ŞƏHƏRİNDƏ yerləşən filialı üçün Xəzinədar vəzifəsinə işçi axtarışı elan edir. Xəzinədar “FINCA Azerbaijan”-ın müştərilərinə kreditin verilməsində birbaşa iştirak edəcək və onlardan ödənişləri qəbul edərək bank hesabına köçürəcək.
Xəzinədar vəzifəsi üçün tələb olunanlar:
- Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır);
- Nəğd pulla intensiv işləmə bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çapetmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 22 Oktyabr 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№436/12) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Tovuz Şəhər Həzi Aslanov k. (Turan Şadlıq sarayının yanı) Telefon: (02231) 5 45 66, (055) 455 25 82
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın