
Vakansiya! Bankda şöbə müdiri işləmək imkanı
Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması vacibdir
JOB TITLE: Plastik kartlar şöbəsinin müdiri
EMPLOYER: Parabank ASC
DUTY STATION: Azərbaycan
PUBLISHED: 2012-10-09
DEADLINE: 2012-11-08
Plastik kartlar şöbəsinin müdiri
Namizədə tələblər
o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Minimum iki il təcrübə;
o Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Departament işlərini planlaşdırma bacarığına malik olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
İş barədə məlumat
• Plastik kartlar sahəsi üzrə məhsul və bazar strategiyasının hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
• Bankın aidiyyəti olan struktur bölmələrinin Plastik kartlar və plastik kart əməliyyatları üzrə təlimi üçün bankdaxili təlim dərslərinin keçirilməsi;
• Rəqib və xarici maliyyə qurumlarının və bazar konyukturunun təhlili əsasında yeni məhsul və layihələrlə bağlı təkliflərin hazırlaması və departament direktoru ilə müzakirə olunması;
• Plastik kartlar sahəsi üzrə mövcud məhsul və xidmətlərin satış səviyyəsinin müntəzəm hesabatlarını təhlil edilməsi və departament direktorunun məlumatlandırılması;
• ATM və POS-terminal şəbəkəsinin genişləndirilməsi üçün davamlı təhlillərin aparılması və təkliflərin hazırlanaraq departament direktoru ilə müzakirə olunmasl;
• Bankın plastik kartlarla və POS/ATM-lə aparılan əməliyyatlar üzrə hesabatların tərtib olunmasına nəzarət edilməsi və departament direktoruna təqdim edilməsi;
• Rəhbərliyin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi.
CV-ləri [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
0 Komment
Şərh yazın