Vakansiya! FİNCA təşkilatında filial meneceri işləmək istəyənlər üçün

Vakansiya! FİNCA təşkilatında filial meneceri işləmək istəyənlər üçün

Tələsin. Son müraciət tarixi 18 oktyabr 2012-dir

Şirkətin Adı:     FINCA Azerbaijan
Vakansiya:     Filial Meneceri
Yüklenib/ Son tarix:     04 oktyabr / 18 oktyabr
İş yeri:     Bakı
E-mail:     [email protected]

FINCA Azerbaijan  Qeyri-Bank Kredit Təşkilatı FİLİAL MENECERİ vəzifəsinə işçi axtarışı elan edir. Filial Meneceri maliyyə xidmətləri əməliyyatları və inzibati işlər daxil olmaqla filial ofisinin idarə olunması və nəzarəti üçün məsuliyyət daşıyacaqdır. Filialın Meneceri filialın bütün cari və eləcə də gələcəkdə təşkilatın fəaliyyətinin və/və ya əməliyyatlarının dəyişilməsi/artması ilə əlaqədar əlavə ediləcək aktivlərin/vəsaitlərin təhlükəsizlik və toxunulmazlığını təmin etməyə məsuliyyət daşıyacaqdır.

Vəzifə öhdəlikləri:

  •     Marketing və satış səylərinin dəyərləndirilməsi və yoxlanılması, biznes təhlili və müştəri müvafiqliyi, kredit verilməsi və ödəniş toplama və digər aspektlər daxil olmaqla müntəzəm yerli səfərlər vasitəsilə keyfiyyətli maliyyə xidmətləri göstərilməsini təmin etmək;
  •     Biznes təhlili və kredit qərarlığının yüksək texniki keyfiyyətini təmin etmək üçün müntəzəm olaraq kredit komitələrində iştirak etmək. Digər kredit komitə üzvlərinə səmərəli kredit qərarlarının çıxarılmasında qabiliyyətlərini artırmaq üçün məsləhətlər vermək;
  •     Marketing planına əməl etməklə müxtəlif kanallar vasitəsilə nəzərdə tutulan əməliyyat ərazisində maliyyə xidmətlərinin davamlı marketingini təmin etmək. Yeri gəldikdə yeni marketing mexanizmləri təklif etmək;
  •     Səmərəlilik, məhsuldarlıq və problemsiz əməliyyatların təmin edilməsi üçün filial işçilərinə nəzarət etmək, kadrlara aid qərarları (işəgötürmə, işdən azad etmə, karyerada irəliləyiş) icra etmək;
  •     Filial üçün aylıq tapşırıq və müştəriyığma planlarını hazırlamaq, yeni kredit növlərinin yaradılması, yeni əməliyyat ərazilərinə yayılması və digər genişlənmə fəaliyyətləri üçün planlaşmaya kömək etmək.

Filial Meneceri vəzifəsi üçün tələb olunanlar:

  •     Biznes idarəçiliyi, Menecment, Maliyyə, İqtisadiyyat, yaxud uyğun sahə üzrə ali təhsil və ya müvafiq iş təcrübəsi;
  •     Əsasən kiçik və orta sahibkarlıq, mikrokreditlər üzrə çalışan bank yaxud kredit təşkilatlarında ən azı 3 illik iş təcrübəsi;
  •     İşçi heyətin idarəolunması və stimullaşdırılması üzrə 1 illik iş təcrübəsi (filial, şöbə, bölmə və s. rəhbəri)
  •     Strateji/əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
  •     Yüksək təşkilatçılıq, planlaşdırma, analitik və problem həll etmə bacarığı;
  •     Yüksək səviyyəli müştəri xidmətləri və ofisdən kənar işləmək həvəsinin olması;
  •     Güclü bizes idarəçiliyi və danışıqlar aparmaq bacarığı;
  •     Əla şəxsi ünsiyyət qurmaq və təlim keçmək bacarığı;
  •     Texniki hesabatlar yazmaq və yüksək kompüter bilikləri;
  •     Azərbayca və rus dillərində səlis danışmaq, ingilis dilini bilmək üstünlükdür.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 18 Oktyabr 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№416/12) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvanlara təqdim edəsiniz:
Bakı şəhəri, C.Cabbarlı küç. 44, Caspian Plaza III, mərtəbə 8; Telefon: (012) 596-33-85; (012) 430-38-28

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com  web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər