
Vakansiya! Mol Bulak Bank Olmayan Kredit Təşkilatı kredit mütəxəssisi axtarır
Maaş: 300 - 400 AZN
İşəgötürən: Mol Bulak Bank Olmayan Kredit Təşkilatı
Vakansiya: Kredit mütəxəssisi
Şəhər: Bakı
Yaş: 23 - 30
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Əlaqədar şəxs: Elşən Vəlizadə
Telefon: (012) 488 05 10
E-mail: [email protected]; [email protected]
Elanın tarixi: Sentyabr 11, 2012
Bitmə tarixi: Oktyabr 11, 2012
İş barədə məlumat
Kredit işçisi bilavasitə Şirkətin müştərilərilə işləyir və onlarla olan əlaqələrdə Şirkətin "simasıdır". Ona görə də, o, müştərilərlə əlaqələrdə özünü peşəkar aparmalı və belə görünməlidir
- Kredit işçisi yeni müştərilər cəlb edir
- Müştərinin kredit almaq üçün müraciətinin yaxşı düşünülmüş və əsaslandırılmış olduğunu müəyyənləşdirir
- Müştəri ilə elə işləyir ki, onun həyatı və ticarətində baş vermiş istənilən dəyişikliklərdən xəbərdar olsun
- Borclunun maliyyə vəziyyətini yoxlayır
- Kredit verilməsində Kredit işçisi məsuliyyətli kreditləndirmə prinsiplərini rəhbər tutur və həmişə çalışmalıdır ki, kredit müştəriyə yalnız müsbət dəyişikliklər gətirsin və ona əlavə yük təşkil etməsin
- Kredit işçisi portfelin keyfiyyətini yüksək səviyyədə saxlamağa borcludur
- Kredit işçisi müştərilər tərəfindən Şirkətə olan inam, hörmət və etibara xidmət etməli və müştərilərə zəmanət verməlidir ki, onların bütün şəxsi və maliyyə işləri ciddi məxfidir.
- Müştəriləri məlumatlandırıcı görüşlər, təlimlər keçirmək və digər üsullarla cəlb etmək
- Potensial müştərilərin doğruluğu, məsuliyyəti, ödəmə qabiliyyəti, sahibkarlıq bacarıqları, ticarət aparma təcrübəsi, mülkiyyətə malik olmasının və onlar haqqında rəyləri tədqiqatlar, sorğular və məlumatlar, əldə olunmuş məlumatların öyrənilməsi, hesablanması və ticarət-planları vasitəsilə dəqiqliklə tədqiq edilməsi
- Potensial müştərilərə Şirkətin hədəf və məqsədlərini, kredit alma və qrup təşkil etmə yollarını izah edilməsi
- Siyasət və prosedurlara uyğun şəkildə yeni qruplar və təkrar qruplarla ilzami görüşlərin keçirilməsi
- Keyfiyyətli birgə məsuliyyət qruplarının hazırlanması, qrup borclarının vaxtlı-vaxtında qaytarılmasının monitorinqini aparma və təmin etmə
- İşdə ən nəticə verən ticarət proseslərindən istifadə etmə;
- Kiçik ticarətin yaxşı təcrübələrini daim öyrənmək və bu bilik və fikirləri müştərilərə çatdırmaq
Namizədə tələblər
Xaçmaz, Qəbələ, Tər-Tər filiallarımıza "Kredit mütəxəssisləri" tələb olunur
- Maliyyə/iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
- Kiçik ticarət sahəsində iş təcrübəsi (yaxşı olardı)
- Gəlir və zərər, pul vəsaitlərinin hərəkəti, balans hesabatlarını hazırlama bacarığı
- Kompüterdə işləmə vərdişləri: Word, Excel və s.
- Yüksək səviyyədə azərbaycan və rus dillərini bilmək
- İnsanların xasiyyətinin xüsusiyyətlərini təhlil etmə bacarığı
- Ünsiyyət qurma və vaxtı idarə etmə bacarıqlarının olması
Hal hazırda Xaçmaz, Qəbələ, Tər-Tər filiallarımız üçün vakansiyalarımız var. CV-lərinizi göndərərkən e-mailin mövzusuna "Kredit mütəxəssisi" yazın. Mövzu qeyd edilməyən CV-lər qəbul edilməyəcək.
Mənbə: boss.az
0 Komment
Şərh yazın