
Vakansiya! Tanınmış kredit təşkilatından maraqlı vəzifə təklifi

Company Name: FINCA Azerbaijan
Job Title: Regional Arxivçi
Published / Deadline: 27 июня / 01 июля
Duty Station: Баку
Contact Email: [email protected]
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı REGİONAL ARXİVÇİ vəzifəsinə işçi axtarışı elan edir. Götürüləcək işçi ilə əmək müqaviləsi bağlanılması nəzərdə tutulur. “FINCA-Azerbaijan” Azərbaycan üzrə 120.000-dən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Məqsəd:
Regional Arxivçi Təşkilatın arxivləşmə işlərinə, həmçinin arxiv istifadəçilərinə birbaşa və ilkin xidmət göstərməkdə məsul olacaqdır. Bununla yanaşı o, anbar daxilində təchizat işləri ilə əlaqədar və dəstək xidmətlərinin/funksiyalarının yerinə yetirilməsində köməklik göstərəcəkdir.
Vəzifə öhdəlikləri:
- Bütün arxiv sənədlərinin toplanması, sortlaşdırılması;
- Vacib sənədlərin müəyyən olunmuş qaydalarda Baş Ofisə göndərilməsi;
- Yeni daxil olan arxiv qutularına, mövcud sənədlərə və arxiv sənədlərinin qeydiyyatına cavabdeh olmaq;
- Elektron arxivin işləməsini və ona nəzarəti təmin etmək;
- Lazım olduğu halda anbarda işlərin icra olunmasında yaxından kömək etmək;
- Tələb olunarsa, rəhbərlik tərəfindən digər tapşırıqların icra olunması və digər şöbələrin işinə yardım etmək;
- Kişi namizədlərə üstünlük verilir.
Regional Arxivçi vəzifəsi üçün tələb olunanlar:
- Ali və ya orta texniki təhsil;
- Kompüter bilikləri (MS Office) və çapetmə bacarığı;
- İşgüzarlıq,aktivlik,təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışmaq. Rus dilini bilənlərə üstünlük verilir.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 01 İyul 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№245/12) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh., C.Cabbarlı küçəsi 44, Caspian Plaza III, mərtəbə 8
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın