Vakansiya! Bank məntiqi düşünən və detallara diqqət etmək qabiliyyəti olan işçi axtarır

Vakansiya! Bank məntiqi düşünən və detallara diqqət etmək qabiliyyəti olan işçi axtarır

İşəgötürən: Bank of Baku
Vəzifə:   İstehlak kreditləri bölməsinin kiçik ekspreti
Maaş: 200 - 300 AZN
Yaş: 21 - 35
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Əlaqədar şəxs: Elçin Nəsibov
Telefon: (012) 447 00 55
Faks: (012) 498 8278
 
İş barədə məlumat
 
- Bankın daxili qaydalarına əsasən müəyyən edilmiş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin təhlilində iştirak edir 
- Müəyyən olunmuş limitlər çərçivəsində və ya Kredit Komitəsində müsbət qərar almış ərizələrin təhlilində iştirak edir 
- Verilmiş kreditlərin öhdəliklərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatı vasitəsilə təqib edir 
- Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir 
- Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların Istehlak kreditləri bölməsinin girov qeydiyyatına götürülməsi və çıxarılması barədə sənədlərin hazırlanmasını təmin edir
 
Namizədə tələblər
 
- Ali təhsil (ali iqtisadi təhsilin olması üstünlük təşkil edir) 
- Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir 
- Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti 
- Əla ünsiyyət qurmaq bacarığı 
- Məsuliyyətli və dəqiq 
- Təhlil etmə bacarığı 
- Azərbaycan dilini əla və rus dilini danışıq səviyyəsində bilmək 
- MS Office proqramlarında işləmək bacarığı 
- Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
Mənbə: Boss.az
 

0 Komment

    Şərh yazın

    Xəbərlər