
Vakansiya! Mərkəzi Bankda işləmək üçün ƏLA şans- 4 işçi elanı
İşəgötürən: Mərkəzi Bank
Vəzifə: Tədqiqatlar və İnkişaf Mərkəzi, İnkişaf departameni, Resurslar və xüsusi layihələr şöbəsi, Böyük mütəxəssis
Təhsil: Ali təhsil (informasiya texnologiyaları, kompyüter mühəndisliyi üzrə iki pilləli ali təhsil sistemində - magistr dərəcəsi) arzuolunandır
Xüsusi biliklər: İqtisadi və maliyyə institutlarında layihələrin hazırlanması
Dil bacarığı: Səlis Azərbaycan dili, yaxşı səviyyədə - ingilis dili;
Təcrübə: İqtisadiyyat və bank sektoru sahəsində proqram təminatlarının tətbiqi, istifadəsi və idarə olunması üzrə 2 illik təcrübə;
Digər bacarıqlar: Öz fikirlərini yazılı və şifahi şəkildə aydın, dürüst, rəvan izah etmək və çatdıra bilmək, analitik və innovativ təfəkkürə malik olmaq, təhlillər və ümumiləşdirmələr aparmaq, işində dəqiq, mütəşəkkil olmaq, təşəbbüskar olmaq, gərgin əmək şəraitində işləməyi bacarmaq, insanlarla xoşməramlı və işgüzar ünsiyyət qurmağı bacarmaq.
Qeyd: Bütün ərizələr yalnız azərbaycan dilində müvafiq qaydada doldurulmuş və Mərkəzi Bankın saytının (www.cbar.az) “Vakansiyalar” bölməsinin “işə qəbul” alt bölməsində yerləşdirilmiş xüsusi müraciət anketi vasitəsilə elektron formada qəbul olunur.
Vəzifə: İnsan resursları departamenti, Təhsil və inkişaf şöbəsi, Böyük mütəxəssis
Təhsil: Ali təhsil;
Xüsusi biliklər: İnsan resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmış biliyi (arzu olunandır);
Təcrübə: Treyninq üzrə 3 ilədək iş təcrübəsi (maliyyə və ya iqtisadi sahə arzu olunandır);
Dil bacarığı: Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı;
Kompüter bacarığı: MS Office proqramları.
Digər bacarıqlar: Digər təşkilatlarla əməkdaşlıq etmə bacarığı, hesabat və büdcə tərtib etmə, yüksək ünsiyyətqurma və komandada iş, təqdimat və yazı bacarığı, təşəbbüskarlıq və novatorluq bacarığı, işini planlaşdırma və təşkiletmə, maliyyə sektorunda təhsilin təşkili əsasları üzrə biliklər.
Qeyd: Bütün ərizələr yalnız azərbaycan dilində müvafiq qaydada doldurulmuş və Mərkəzi Bankın saytının (www.cbar.az) “Vakansiyalar” bölməsinin “işə qəbul” alt bölməsində yerləşdirilmiş xüsusi müraciət anketi vasitəsilə elektron formada qəbul olunur.
Vəzifə: İnformasiya texnologiyaları departamenti, İnformasiya texnologiyalarının inkişafı şöbəsi, Böyük mütəxəssis
Təhsil: Ali təhsil (İqtisadiyyat, İT);
Xüsusi biliklər: AİS-in yaradılması sahəsində müasir proqram və texniki platforma üzrə nəzəri biliklər, sistemlərin yaradılması və texniki şərtlərin hazırlanması üzrə bilgilər, müasir ofis proqramları təminatı üzrə biliklər, normativ-metodoloji bazanın yaradılması üzrə bilgilər.
Təcrübə: İT üzrə 1 illik iş təcrübəsi;
Dil bacarığı: Səlis azərbaycan, yaxşı səviyyədə ingilis və ya rus dili bacarığı;
Digər bacarıqlar: Müqavilələrin imzalanması və sistemlərin texniki təsvirə uyğun olaraq tətbiq olunması istiqamətində təchizatçılarla əməkdaşlıq etmək bacarığı, analitik düşüncə və analitik hesabat tərtib etmə, ünsiyyətqurma bacarığı.
Qeyd: Bütün ərizələr yalnız azərbaycan dilində müvafiq qaydada doldurulmuş və Mərkəzi Bankın saytının (www.cbar.az) “Vakansiyalar” bölməsinin “işə qəbul” alt bölməsində yerləşdirilmiş xüsusi müraciət anketi vasitəsilə elektron formada qəbul olunur.
Vəzifə: İnformasiya texnologiyaları departamenti, Elektron imza üzrə sertifikasiya şöbəsi, Sistem inzibatçısı
Təhsil: Ali təhsil (Riyaziyyat, İT);
Xüsusi biliklər: Müasir proqram və texniki platformalar üzrə nəzəri biliklər, informasiya təhlükəsizliyi üzrə elektron imza, şifrələmə və sertifikatlaşdırma siyasəti sahəsində nəzəri və praktiki biliklər, verilənlər bazasının idarəetmə sistemləri, ofis proqramları və əməliyyat sistemləri üzrə bilgilər, server və şəbəkə avadanlqlarının idarə edilməsi üzrə bilgilər;
Təcrübə: İT üzrə 1 illik iş təcrübəsi;
Dil biliyi: Səlis azərbaycan, orta səviyyədə ingilis və ya rus dili bacarığı;
Digər bacarıqlar: Texniki məsələləri gündəlik danışıq dilində izah etmək, analitik düşüncə və ünsiyyətqurma bacarığı.
Qeyd: Bütün ərizələr yalnız azərbaycan dilində müvafiq qaydada doldurulmuş və Mərkəzi Bankın saytının (www.cbar.az) “Vakansiyalar” bölməsinin “işə qəbul” alt bölməsində yerləşdirilmiş xüsusi müraciət anketi vasitəsilə elektron formada qəbul olunur.
Mənbə: Jobsearch.az
0 Komment
Şərh yazın