Vakansiya! Finca kredit təşkilatı Şirvan regionunda işləmək üçün işçi elanı edib

Vakansiya! Finca kredit təşkilatı Şirvan regionunda işləmək üçün işçi elanı edib

Təşkilat: Finca Azerbaijan
İşçi: İnzabati Köməkçi
 
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ŞAMAXI filialının AĞSU və İSMAYILLI ofisi üçün İnzibati Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. İnzibati Köməkçi filialdaki ofis ləvazimatlarının və avadanlıqlarının təchizatına nəzarət edəcək, göndərilən sənədlərini nizamlayacaq və lazımi inzibati dəstək göstərilməsinə məsul olacaq. “FINCA-Azerbaijan” Azərbaycan üzrə 120000-dən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.  
 
İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:
 
• Ali və ya orta texniki təhsil;
• Peşəkar ofis mühitində müəyyən təcrübə. Xarici təşkilatda iş təcrübəsi olanlara üstünlük veriləcək;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
• Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Müştərilərlə davranış etikası.
 
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir. 
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  18 İyun 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№197/12) qeyd etməklə göndərə bilərsiniz. 
 
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər! 
 
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
 
Şamaxı şəhəri, N.Nərimanov küçəsi 60 (Mərkəzi Univermağın yanı); 
Ağsu şəhəri, Azərbaycan küçəsi, 
İsmayıllı şəhəri, M.F.Axundov küç., Şirvan Ticarət Mərkəzi 1-ci mərtəbə.
 
TEL: (176) 5 13 77; (055) 455 25 63
 

0 Komment

    Şərh yazın

    Xəbərlər