Vakansiya! Kredit təşkilatı kassir vəzifəsi üçün işçi elanı edib

Vakansiya! Kredit təşkilatı kassir vəzifəsi üçün işçi elanı edib

Təşkilat: Vijn Fond AzərKredit
Email: Kassir (Lökbatan)
 
Vijn Fond AzərKredit  MMC Lök Batan nümayəndəliyinə KASSİR (XƏZİNƏDAR) vəzifəsinə işçi qəbulu elan edir.
Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə qoyur. AzərKredit hazırda Lök Batan nümayəndəliyinə Kassir (Xəzinədar) vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.
Əsas vəzifə və öhdəlikləri:
• AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Bütün kassa çekləri və digər mühüm sənədləri izləmək və nəzarətdə saxlamaq;
• Müştərilər, təşkilatın işçiləri və digərləri tərəfindən nağd pul və digər vəsaitlərin, təsdiqedici sənədlər və mədaxil/məxaric orderləri əsasısında filialın xəzinəsinə daxil/xaric etmək;
• Gündəlik olaraq MİS (Menecment İnformasiya Sistemi) proqramına xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı daxil etmək və uyğunsuzluqlar barəsində dərhal filialın menecerinə hesabat vermək;
• Təşkilatdaxili qaydalara uyğun olaraq xəzinə limitinə riayət etmək (maksimum və minimum nağd pul);
• Saxta banknotların müştərilərə verilməməsi və onlardan alınmamasını təmin etmək;
• Günün bağlanması (end of day) hesabatlarını hazırlamaq və çap etmək;
• Gündəlik xəzinə sayını etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ail təhsil;
• Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Müvafiq sahədə ən azı bir il iş təcrübəsinə malik olmaq;
• Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; ingilis dilini bilənlərə üstünlük verilir;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
• Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daima inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit Təşkilatının İşə Qəbul Anketini dolduraraq 12 iyun 2012-ci il tarixinə kimi aşağıda qeyd olunmuş e-ünvana təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket formaları aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply  saytından yükləyə və ya təşkilatımızın Ağcabədi filialından əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını anket forması və e-ünvanda göstərin (Lök Batan nümayəndəliyinə Xəzinədar). Əks təqdirdə həmin müraciətçilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işəqəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected] 
Faks: (994 12) 597 30 39

0 Komment

    Şərh yazın

    Xəbərlər