
Vakansiya! Böyük holdinq şirkəti mühasib-operator vakansiyası üzrə işçi elanı edib
Təşkilatın adı: Nurqun Holding
Vəzifə: Mühasib- Operator
Email: [email protected]
Məlumat:
Gündəlik qaimə və qəbzlərin işlənməsi və loqo proqramında kompüterə köçürülməsi,
Həftə sonu və ayın sonu hər bir presellerin dükan borcu siyahısının tərtib olunması və təsdiqlənməsi,
Hər ayın sonu yekun məbləğin çıxarılması və bu məbləğin preseller, departament müdiri tərəfindən təsdiq olunması,
Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək,
Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək,
Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək.
Biznesin inkişafı ilə əlaqədar təkliflərin verilməsində iştirak etmək.
Tələblər:
Ali təhsil
Kompyuterdə sərbəst çalışmağı bacarmalı (MS Office)
Punktual, məsuliyyətli, diqqətli və səliqəli olmalıdır
0 Komment
Şərh yazın