Vakansiya! Bakı şəhərində kredit işçisi işləmək şansı

Vakansiya! Bakı şəhərində kredit işçisi işləmək şansı

Название компании:  FINCA-Azerbaijan
Категория:   Банковское дело
Должность:   Kredit İşçisi
Контактный адрес электронной почты: [email protected]
 
 
Описание:
 
FINCA-Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı öz BAKI şəhərində yerləşən LÖKBATAN filialı üçün KREDIT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanın iş vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq. “FINCA-Azerbaijan” Azərbaycanda 115.000-dən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
 
Kredit İşçisi vəzifəsi üçün tələb olunanlar:
 
Ali təhsil (riyaziyyat və iqtisadiyyat arzuolunandır);
Biznes, xidmət və ticarət sahəsində müəyyən təcrübə;
Elementar riyazi hesablama aparmaq;
Kredit işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu;
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışmaq;
Bakı şəhəri ərazisini yaxşı tanıyan;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 May 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№195/12) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
 
Yaxud aşağıda göstərilən ünvanlara təqdim edəsiniz:
Bakı şəhəri, C.Cabbarlı küç. 44, Caspian Plaza III, mərtəbə 8; Telefon: (012) 596-33-85; (012) 430-38-28
BİNƏ ticarət mərkəzi, BAKU CİTY MALL, 2-ci mərtəbə. Tel/fax: (055) 455 25 60.
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com  web səhifəsindən əldə edə bilərsiniz.
 
Крайний срок:   30 май. 2012 
 
Mənbə: azerjobs.com
 

0 Komment

    Şərh yazın

    Xəbərlər