Çərşənbə axşamı, 12 İyun 2018 05:34

Məzuniyyət əmri ilə bağlı praktiki sualın cavabı

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

 Sual: Salam, bir sualım var idi. Qanunvericiliyə görə işçi məzuniyyətə çıxmamışdan 5 gün əvvəl ərizəsi yazılmalı və əmri verilməlidi. Bəzi hallarda işçimiz gəlir ki, 2 gündən sonra məzuniyyətə çıxmaq istəyir və şirkətə görə bu problem deyil. Bu hal qanunu pozma sayılırmı? İstisna hallarda, ərizədə yazılsa ki, sabahkı gündən məzuniyyət istəyir və əmr verilsə bu qanun pozuntusu sayılırmı?
Əvvəlcədən təşəkkürümü bildirirəm.

Əzizə Cəfərova

Cavab: Bu məsələnin geniş izahı “Əmək Münasibətləri A-dan Z-yə - 2018” kitabında verilib. Əlbəttə ki, bu, qanun pozuntusudur. Əvvəlcə dəqiqləşdirək, məzuniyyət nədir?

 Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Deməli, məzuniyyət normal istirahət, əmək qabiliyyətinin bərpası deməkdir. Odur ki, məzuniyyətdən istifadə də normal müddət olmalıdır. 1 gün, 2 gün kimi məzuniyyət müddətləri real deyil. Bəli, qanun buna məhdudiyyət qoymur, amma proses ən azı 5 gün əvvəldən başlamalıdır. Bu da ki, sizin halınızda real deyil.

Satışda olan nəşrlərimiz:

1) Altay Cəfərovun müəllifi olduğu Əmək Münasibətləri: A-dan Z-yə kitabı

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 

Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

 3) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

4) Altay Cəfərovun müəllifi olduğu MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 

Şərh yazın