YENI TƏLƏB! İşəgötürən hansı sənədləri işçidən tələb edə bilməz?
Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə
Son dəyişikliyədək Əmək Məcəlləsinin 48-ci maddəsinin altıncı hissəsinə əsasən, əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağan idi. Yeni dəyişikliyə əsasən, “aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan” sözləri Əmək Məcəlləsinin 48-ci maddəsinin altıncı hissəsinə əlavə edilib.
Beləlklə, Əmək Məcəlləsinin 48-ci maddəsinin altıncı hissəsinə əsasən, əmək münasibətlərinə girən işçidən aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan, bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
Hazırda ƏMAS altsistemi 10-dan çox qurumla məlumat mübadiləsi həyata keçirir. Məsələn, Dövlət İmtahan Mərkəzindən işçinin təhsili haqqında məlumat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik haqqında məlumat, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdən (TƏBİB) isə sağlamlıq haqqında arayışın elektron mübadiləsi həyata keçirilir. Göründüyü kimi, müvafiq sənədlərin dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olduğu halda, həmin sənədələri işə qəbul olunan şəxsdən tələb edilməsi qanunvericiliyə ziddir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın