Məzuniyyət dövründə əmək qabiliyyətini itirən işçinin məzuniyyət bitdikdən sonra işə çıxmaması əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitama əsas verir?
Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə
Əmək məzuniyyəti dövründə işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi halında məzuniyyətin başqa vaxta keçirilməsi ilə bağlı məhkəmə təcrübəsini nəzərdən keçirək.
NÜMUNƏ. İşəgötürənin əmrininə əsasən işçi 27 yanvar 2022-ci il tarixdən 20 mart 2022-ci ii tarixinə kimi 52 gün müddətində əmək məzuniyyətinə göndərilib. İşçi 15 mart 2022-ci il tarixdə əmək qabiliyyətini itirib. İşçininin xəstəlik vərəqəsinə əsasən, işə başlanma tarixi 07 iyun 2022-ci il kimi müəyyən edilib. Xəstəlik vərəqəsindən göründüyü kimi, işçinin məzuniyyətinin son 6 günü (15, 16, 17, 18, 19 va 20 mart 2022-ci ii tarixləri) xəstəlik dövrünə təsadüf edib. İşçi işəgötürəni xəbərdar etməklə əmək məzuniyyətindən qalan 6 günü xəstəlik dövründə istifadə edib.
İşəgötürən 13 iyun 2022-ci il tarixli əmrlə işçinin 4 gün (07,08, 09 və 10 iyun 2022-ci il tarixlərdə) işə gəlməməsini əsas tutaraq onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verib.
Ali Məhkəmə hesab edib ki, Əmək Məcəlləsinin 133-cü maddəsinin 3-cü hissəsinin və 134-cü maddəsinin 3-cü hissəsinin tətbiq ilə bağlı işçinin arzusu nəzərə alındığı kimi, daha münasib vaxtla bağlı işəgötürənin də mütləq razılığı tələb olunur və bu razılıq Əmək Məcəlləsinin 138-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulmuş qaydada işəgötürənin əmri ilə rəsmiləşdirilir. Məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilən sənədlərlə müəyyən olunur ki, işçi 07 iyun 2022-ci il tarixdən işə çıxmamış, bu hal işəgötürən tərəfindən müvafiq aktlarla rəsmiləşdirilmişdir. İşəgötürən işə gəlməməsinin səbəbləri barədə məlumat verməsi barədə işçiyə xəbədarlıq göndərib.
Ali Məhkəməmin kollegiyası məzuniyyətin başqa vaxt keçirilməsi üçün mütləq işəgötürənin razılığı olmasını doğru sayır. İşəgötürənin razılığı olmadan işçinin işə çıxmaması üzrlü səbəb kimi qəbul edilmədiyi üçün əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam qanuna uyğun hesab edilib.
Məhkəmə təcrübəsindən göründüyü kimi, əmək məzuniyyəti zamanı işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında əmək məzuniyətinin başqa vaxta keçirilməsi zamanı hər iki tərəfin razılığı mütləqdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr) - SATIŞI davam edir
4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir
5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir
6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA
7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) - 9 APREL TARİXİNDƏN SATIŞDA
8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA
9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda
10. Əmək Bələdçisi - 2024 - May ayından satışda
11. Vergi Platforması - 2024 - May ayından satışda satışda
12. PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda
13. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda
0 Komment
Şərh yazın