Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinətin faiz miqdarı ilə verilməsi necə tənzimlənir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinətin faiz miqdarı ilə verilməsi necə tənzimlənir?

Əmək şikəstliyi və ya peşə xəstəliyindən başqa, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarlarda verilir:

qazancın 150 faizi miqdarında:

    əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara;

qazancın 100 faizi miqdarında:

    8 il və daha çox ümumi iş stajına malik olan işçilərə;
    öhdəsində 16 yaşa çatmamış (təhsil alırsa, 18) 3 və daha artıq uşağı olan işçilərə;
    Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;

    Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə və miqrasiya işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;
    1986—1990-cı illər Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə;
    qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin (adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
    14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə;
    fasiləsiz iş stajından asılı olmayaraq, əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;
    iş stajından asılı olmayaraq, hemofiliya və talassemiya irsi qan xəstəliyi olan şəxslərə;
    iş stajından asılı olmayaraq qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə;
    iş stajından asılı olmayaraq hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə;
    iş stajından asılı olmayaraq onkoloji xəstələrə;

 

qazancın 80 faizi miqdarında:

    5 ildən 8 ilə qədər ümumi iş stajı olan işçilərə;
    21 yaşına çatmamış və 5 ilədək ümumi iş stajı olan ata-anasız yetim uşaqlara;

qazancın 60 faizi miqdarında:
5 ilədək ümumi iş stajı olan işçilərə;


    14 yaşa çatmamış uşaqlara qulluq edilməsinə görə müavinət ümumi əsaslar üzrə verilir;
    yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə fasiləsiz iş stajından asılı olmayaraq orta əmək haqqının 100 faizi miqdarında müavinət verilir;
    Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.

DSMF-in şöbə müdiri İdris İsayev "MK" jurnalına müsahibəsində bildirmişdi ki,  əsasnamədə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət miqdarlarını müəyyən edən sosial sığorta stajı müddətlərində dəyişikliklər edilmişdir. Belə ki, əvvəllər 100 faiz miqdarında müavinət almaq hüququna 8 il və daha çox, 80 faiz miqdarında müavinət almaq hüququna 5 ildən 8 ilədək, 60 faiz miqdarında müavinət almaq hüququna 5 ilədək ümumi iş stajına malik olan işçilər malik idilərsə, dəyişiklikdən sonra bu müddət 100 faiz miqdarında müavinət almaq hüququ üçün 12 il və daha çox, 80 faiz miqdarında müavinət almaq hüququ üçün 8 ildən 12 ilədək, 60 faiz miqdarında müavinət almaq hüququ üçün 8 ilədək sosial sığorta stajı tələbi ilə əvəz edilmişdir. Lakin bu dəyişiklik 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcəkdir.
 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər