İşçiyə 3 ay sınaq müddəti qoyub 2 aydan sonra işdən çıxartmaq olar?

İşçiyə 3 ay sınaq müddəti qoyub 2 aydan sonra işdən çıxartmaq olar?

Təcrübədə tez-tez yanlış bir yanaşma ilə qarşılaşırıq ki, sınaq müddəti ancaq yeni işə başlayan işçilər üçün təyin olunmalıdır. Ancaq
bu belə deyil, sınaq müddəti əmək stajından asılı olmayaraq istənilən işçiyə təyin oluna bilər. Əgər işçi sınaq müddətindən üzüağ çıxıbsa, bu zaman onun işə qəbulunun rəsmiləşdirilməsi qaydası necə olmalıdır? Qanunvericiliyin tələblərinə görə, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əgər bu müddətdə tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və həmin andan etibarən əmək müqaviləsi hansı müddətə bağlanılıbsa, həmin müddətə qüvvəyə minir. Əmək müqaviləsinə sınaq müddəti ərzində xitam verilməsinə misal gətirək.
Tutaq ki, təqdim etdiyimiz nümunədə müqavilə imzalandıqdan 1 ay sonra məlum olub ki, Hüseynov Tapdıq Hüseyn oğlunun peşəkarlıq səviyyəsi təşkilat
üçün kifayət deyil. Bu zaman işəgötürən işçiyə yazılı məlumat verməlidir və işçi məlumatla tanış olmalıdır. Bəzən olur ki, sınaq müddəti bitməmiş işəgötürən
işçini işdən azad edir, sonradan yoxlama zamanı Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri iradlarını bildirirlər ki, sınaq müddəti qurtarmamış işçini işdən
çıxarmaq olmaz. Məntiqlə yanaşsaq, düzgün iraddır. Müddət ona görə qoyulur ki, vaxt başa çatanda işçinin yararlılığını aşkara çıxarmaq mümkün olsun. Ancaq Əmək Məcəlləsinin müvafiq maddəsində konkret yazılıb ki, «sınaq müddəti ərzində». Bu isə o deməkdir ki, işəgötürən sınaq müddəti qurtarmamış işçini işdən azad edə bilər. Bu, ən vacib məqamlardan biridir. Problem yaranmaması üçün işəgötürənlərə tövsiyə edərdim ki, əmək müqaviləsinin ləğv olunması qərarınagəliblərsə, sınaq müddəti qurtarana 3 gün qalmış bunu etsinlər. Təqdim etdiyimiz  nümunəvi əmək müqaviləsində sınaq müddəti 2 ay müəyyənləşdirilib. İşçi ilə olan əmək müqaviləsi ancaq 2 aydan sonra ləğv oluna bilər.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər