Başqa işçinin əvəz olunması zamanı əmək haqqının hesablanmasının misalla izahı

Başqa işçinin əvəz olunması zamanı əmək haqqının hesablanmasının misalla izahı

İşçi ilə bağlanılmış əmək müqaviləsinə əsasən, o konkret bir vəzifə təyin olunur, bir çox hallarda praktikada, əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallar mövcuddur. İşçi iş yerində öz əmək funksiyaları ilə yanaşı başqa bir işçinin də əmək funksiyalarını yerinə yetirir və belə olan halda onun əməkhaqqına əlavə müəyyən edilir və ödənilir.
Öz əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Misal. Tutaq ki, işçi əmək müqaviləsinə görə təşkilatda iqtisadçı vəzifəsində çalışır. İş əsnasında məlum olur ki, təşkilatın əməkhaqqı üzrə mühasibi bir ay üzürlü səbəbdən işdə olmayacaq. İşəgötürən ilə iqtisadçı razılaşır ki, mühasibin əmək funksiyalarını da o yerinə yetirəcək. İqtisadçının əməkhaqqı 200 manat, mühasibin əməkhaqqı isə 250 manatdır. Bu halda müvəqqəti bir aylıq əvəz etməyə görə iqtisadçıya 250 ilə 200 manat arasındakı fərq - 50 manat əlavə ödəniləcək.

Yaxud tutaq ki, hər iki işçinin əməkhaqqı 200 manat təşkil edir. Bu halda iqtisadçı işəgötürənlə razı laşmalıdır ki, müvəqqəti əvəz etməyə görə nə qədər əlavə əməkhaqqı alacaq? Düzdür Məcəllədə belə əvəz etməyə görə norma müəyyənləşdirilməsə də, ödənilən əlavənin məbləği ağlabatan olmalıdır.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər