Əməkhaqqıdan tutulmalarla bağlı hansı məhdudiyyətlər var?

Əməkhaqqıdan tutulmalarla bağlı hansı məhdudiyyətlər var?

Əməkhaqqıdan tutulmalarla bağlı da məhdudiyyət var. Hər dəfə əməkhaqqı verilərkən tutulan məbləğin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. Fərz edək ki, işçinin müəssisəyə vurduğu zərərə görə onun əməkhaqqından müəyyən məbləğin tutulması qərara alınıb və bu tutulma bir neçə ay davam edəcək. Bu halda müəssisə rəhbərliyi işçinin əməkhaqqından 20%-dən çox olmamaqla tutulma aparmalıdır. Sadə bir misala baxaq.Tutaq ki, işçinin aylıq əməkhaqqı 300 manatdır və işçi ilə maddi məsuliyyət haqqında müqavilə imzalanıb. Müəyyən dövr keçdikdən sonra işçi müəssisəyə 600 manat məbləğində ziyan vurub. Zərər işçinin səhlənkarlığı ucbatından baş verdiyindən rəhbərlik ziyanın onun əməkhaqqından tutulması barədə əmr verir.
İndi isə fərz edək ki, dəymiş ziyan 600 manat yox, 100 manat təşkil edir. Bu halda işəgötürən işçinin əməkhaqqından birdəfəlik 100 manatın tutulmasına əmr verə bilər, çünki məbləğ əməkhaqqının 50%-dən (yəni 150 manatdan) aşağıdır.
Bəzi hallar var ki, bu zaman məhdudiyyətlər tətbiq olunmur. İslah işləri çəkən zaman sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailənin başçısının itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi, alimentlərin tutulması zamanı işçiyə verilən əməkhaqqından bu tip tutulmalar aparılmır.

 

0 Komment

    Şərh yazın