İş günü olmayan bayram günlərində işçilərin işə cəlb olunması hansı hallarda mümkündür?

İş günü olmayan bayram günlərində işçilərin işə cəlb olunması hansı hallarda mümkündür?

Əmək Məcəlləsində olan maraqlı məsələlərdən bir də istirahət, səsvermə, iş günü olmayan bayram günlərində, ümumxalq hüzn günündə işçilərin işə cəlb olunmasıdır. Bu günlər faktiki olaraq iş günü sayılmasa da, işəgötürən işçiləri işə cəlb edə bilər. Müstəsna hallarda işçilər qeyd etdiyimiz günlərdə işə cəlb oluna bilərlər. Həmin müstəsna hallar haqqında işçinin iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı fəsildə ətraflı məlumat verilib. Bu hallar istirahət, səsvermə, iş günü olmayan bayram günlərinə, ümumxalq hüzn gününə də aiddir. Belə müstəsna hallar aşağıdakılardır:

Dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

• Su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqdan ötrü zəruri işlərin görülməsini təmin etmək üçün;

• Fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində işin davamiyyətinin pozulmaması və əhaliyə xidmətin təşkilinin tamlığı məqsədilə.

Bu zaman işçilər müvafiq əmrlə rəsmiləşdirilərək işə cəlb olunmalıdır.


0 Komment

    Şərh yazın

    Xəbərlər