Hansı müddət gecə vaxtı sayılır və kimlərin həmin vaxtlar işləməsi qadağandır?
Nümunə kimi verdiyimiz əmək müqaviləsində gecə vaxtı işin olmadığı göstərilib. Seçdiyimiz vəzifə sahibinin gecə vaxtında işləməsinə ehtiyac duyulmur. Ümumiyyətlə, təşkilat axşam və gecə vaxtlarına təsadüf edən iş rejimində fəaliyyət göstərirsə, demək, müəssisədə növbəli iş rejimi var, istehsalın tələbinə uyğun olaraq işçilər bir neçə növbədə çalışırlar.
Əmək Məcəlləsinə əsasən, gecə saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Ancaq əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.
Təcrübədə bəzən belə bir hala rast gəlirik ki, işəgötürən kateqoriyasından asılı olmayaraq, istənilən işçini gecə vaxtında işləməyə vadar edir və əmək müqaviləsinə məhəl qoymur. Qeyd edək ki, gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə qanunvericilik icazə vermir.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
0 Komment
Şərh yazın