Cümə, 15 İyul 2022 05:46

İşçinin rəsmi qaydada işlədilməməsi zamanı əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimə necə tətbiq edilir (4 hal üzrə izah)?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından sçemə

Əmək qanunvericiliyinin pozulmasına görə cərimələr İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin bəndlərini misallara izah edək. Öncə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsindən başlayaq. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

İndi isə inzibati xətanın tətbiq olunması ilə bağlı misallara baxaq.

Mİsal 1. Vətəndaş iddia edir ki, işəgötərən onu əmək fəaliyyətinə cəlb etsə də, yazılı əmək müqaviləsi bağlamayıb, həmçinin məlumatlar elektron informasiya sisteminə işlənilməyib. O, işəgötürənin fəaliyyətini və həmin müəssisədə işləməsini sübut edən video materialları Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim edib.

Araşdırma nəticəsində bu hal təsdiqini taparsa, işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun cərimə tətbiq ediləcək.

Mİsal 2 İşçi iddia edir ki, işəgötürən elektron informasiya sistemində 400 manat əmək haqqı qeyd etməsinə baxmayaraq, onun əmək haqqı 850 manatdır. Sübut kimi əlavə 450 manatlıq məbləğin ödənilməsini təsdiq edən sənədləri (kassa məxaric orderi, debet kartına ödənişlər və s.) təqdim edib.

Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan araşdırma nəticəsində bu hal təsdiqini taparsa, işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun cərimə tətbiq edilməyəcək. Çünki işçinin əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilib.

Mİsal 3. İşçinin elekton informasiya sistemində əmək haqqı 500 manat olsa da, işəgötürən vahid bəyanamədə 1000 manat göstərib.

İkinci misalda olduğu kimi, işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun cərimə tətbiq edilməyəcək.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın