Bazar ertəsi, 04 İyul 2022 05:14

Dövlət Əmək Müfəttişliyi Xidməti hansı hallarda işəgötürəndə yoxlamalar həyata keçirə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək münasibətləri ilə bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati məsuliyyətlər haqqında məlumat verməmişdən öncə bir vacib məqama toxunmaq istərdik. Dövlət Əmək Müfəttişliyi Xidmətinın yoxlamalar həyata keçirməklə bağlı hansı səlahiyyətləri var?

Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 386 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilib. Həmin Əsasnamədə qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Göründüyü kimi, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək münasibətləri ilə bağlı dövlət nəzarəti həyata keçirmək hüququna malik olan dövlət qurumudur. Yoxlamalarla bağlı qanunvericiliyin digər tələblərini də nəzərdən keçirək.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununa əsasən, 1 noyabr 2015-ci ildən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb. Qanunda qeyd edilib ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.

Əgər 2023-cü ildən yoxlamalara icazə veriləcəksə, o zaman Dövlət Əmək Müfəttişliyi Xidmətinin növbəti və ya növbədənkənar yoxlamalarının əhatə dairəsi öncəki illəri əhatə edə bilməz. Hazırda Xidmət yalnız şikayətlər əsasında yoxlamalar həyata keçirə bilər.

Mİsal. İşçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib ki, işəgötürən onunla son haqq-hesab aparmayıb. Bu halda dövlət qurumu işəgötürənin digər işçilərin məzuniyyət hüququnun düzgün həyata keçirilib-keçirilməməsini araşdıra bilməz.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın