Çərşənbə axşamı, 28 İyun 2022 08:11

Əmək müqaviləsinin qeydiyyatı ilə bağlı VACİB MƏQAMLAR

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, ümumiyyətlə əmək müqavilələri ilə bağlı digər sənədlərin qeydiyyat kitablarında və ya elektron şəkildə qeydə alınması işəgötürən qarşısında tələb kimi qoyulub.

Qanunvericilik əmək müqavilələrinin (ona dəyişikliklərin) uçotunun qeydiyyat kitablarında və ya xüsusi komputer proqramlarında aparılmasına hər hansı məhdudiyyət qoymur. Biz qeydiyyatın kağız əsasda aparılmasının üstünlükləri barədə əvvəlki səhifələrdə danışmışdıq. Xüsusi hal kimi baxdıqda əmək müqavilələrinin (ona dəyişikliklərin) kitabda qedyiyyatının aparılmasının da özünəməxsus üstünlükləri var.

Məsələn, əgər müəssisədə müddətli əmək müqaviləsi ilə çalışan işçilər varsa, o halda belə qeydiyyat kitabının aparılması arzuolunandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Əgər işəgötürən müddətli əmək müqaviləsinə xitam verməyi unutsa, o zaman müqavilə həmin müddətə uzadılmış sayılacaq. Ona görə də işəgötürən müddətli əmək müqavilələrinə xitam verilməsi məsələsində diqqətli olmalıdır ki, bunun bir yolu da əmək müqavilələrinin qeydiyyatının kitab vasitəsilə aparılmasıdır. Müddətli və müddətsiz əmək müqavilələrinin (dəyişikliklərin) qeydiyyatının birlikdə vahid kitabda və ya ayrıca aparılması mümkündür.

Əmək müqavilələrinin (ona dəyişikliklərin) qeydiyyatı kitabının təsdiq edilmiş forması olmadığından onu hər bir işəgötürən öz yanaşmasına uyğun şəkildə tərtib edib, apara bilər. Əvvəlcə baxaq, belə qeydiyyat kitabında hansı lazımi informasiyaları əks etdirmək lazımdır.

Əmək müqavilələrinin (ona dəyişikliklərin) qeydiyyatı kitabında cədvəl şəklində aşağıdakı aradıcıllıqla sütunların olması tövsiyə olunur.

- Sıra nömrəsi;

- Əmək müqaviləsinin bağlanması tarixi;

- Əmək müqaviləsinin nömrəsi;

- Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi;

- Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin nömrəsi;

- Əmək müqaviləsinə dəyişiklik haqqında məlumat;

- İşçinin soyadı, adı, atasının adı;

- İşlədiyi şöbə, bölmə;

- İşçinin vəzifəsi;

- Müqavilənin növü (müddətli, nüddətsiz);

- İş yeri (əsas, əlavə);

- İşçinin imzası;

- Qeyd.

Belə kitabın aparılması məqsədindən çıxış edərək iki formadan (elektron və ya kağız) birini seçmək lazımdır. Əgər qeydiyyat kitabının aparılması əmək müqavilələrinin uçotu, mühafizəsi məqsədləri ilə yanaşı, işçinin əmək müqaviləsini və ya ona əlavə razılaşmanı almasının təsdiq edən funksiya daşıyırsa, o zaman belə kitabın elektron yox, kağız əsasda aparılması daha məqsədəuyğundur. Yox, əgər işəgötürən işçinin əmək müqaviləsi (və ya ona əlavəni) alması faktının rəsmiləşdirilməsini planlaşdırmırsa, ən yaxşısı, belə qeydiyyatın elektron aparılmasıdır.

Təbii ki, bölmənin əvvəlində dediyimiz kimi əgər qeydiyyat kitabı kağız əsasında aparılacaqsa, onun aşağıdakı informasiyaları daşıyan üzqabığı olmalıdır: Təşkilatın adı, qeydiyyat kitabının adı, jurnalın aparılmasına başlanılması tarixi, jurnala sonuncu yazılışın aparıldığı tarix.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın