Cümə, 10 İyun 2022 09:57

İşçilərin mükafat verilməsi necə rəsmiləşdirilməlidir? (NÜMÜNƏVİ FORMA)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Bəzən isə işəgötürən bir əmrlə bir neçə işçiyə mükafat verilməsini rəsmiləşdirir. Belə əmrin nümunəvi formasını təqdim edirik:

Blank “Alov” MMC

ƏMR

№________

Goranboy rayonu                                                       ______sentyabr 2019-cu il

İşçilərin mükafatlandırılması haqqında

“Alov” MMC-nin 4 №-li istehsalat sexində baş vermiş istehsalat qəzasının nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlığı, korporativ davranış normalarına münasibətdə nümayiş etdirdikləri bağlığı və vəzifə səlahiyyətlərinin vicdanla icrasını nəzərə alaraq  

ƏMR EDİRƏM:

  1. “Alov” MMC-nin 4 №-li sexində çalışan aşağıdakı işçilərə rəhbərlik adından yazılı təşəkkür elan edilməklə, birdəfəlik mükafat təqdim olunsun:

1.1. Baş mühəndis Əliyev Ramiz İdris oğlu, 400 (dörd yüz) manat;

1.2. Mühəndis Qəribov Əbdül Şakir oğlu, 350 (üç yüz əlli) manat;

1.3. 4-cü dərəcəli elektrik Balayev Sədrəddin Əfzələddin oğlu, 300 (üç yüz) manat;

1.4. 3-cü dərəcəli tokar ustası Əmirov Sabit Dursun oğlu, 300 (üç yüz) manat.

  1. Baş mühasib Səlimova Sultanə Sahib qızı və Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı əmrin icrasından irəli gələn maliyyə və təşkilati məsələləri həll etsinlər.

Direktor ____________Nəbili N.N. ____ sentyabr 2019-cu il

Əmrlə tanış oldum:

________ Səlimova S.S.      ____ sentyabr 2019-cu il

_______Əliyev R.İ.              ____ sentyabr 2019-cu il

________ Qəribov Ə.Ş.        ____ sentyabr 2019-cu il

_______ Balayev S.Ə.                ____ sentyabr 2019-cu il

_______ Əmirov S.D.                ____ sentyabr 2019-cu il

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 10:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Şahin Cümə, 10 İyun 2022 13:05 tərəfindən təqdim olunub Şahin

    Salam mən Ağsu RMX -da insan resusrları işləyirəm 18.06.2022-ci il tarixdə keçiriləcək təlimdə iştirak etmək istəyirəm . Xahiş edirəm mənə məlumat verəsiniz

Şərh yazın