Cümə axşamı, 09 İyun 2022 06:00

İstirahət günləri müəyyənləşdirilərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə”(II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 104-cü, “İstirahət günləri” maddəsinin birinci hissəsinə əsasən, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. 

Maddədən göründüyü kimi, həmin istirahət günlərinin mütləq şənbə və (və ya) bazar günləri olması haqqında da qanunvericilikdə hər hansı tələb yoxdur. Misal üçün, əksər notariuslar istirahət günlərini həftənin bazar və bazar ertəsi günlərinə salırlar. Fikrimizcə, burada da hər hansı qanun pozuntusu yoxdur.

İş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı yanaşma fərqli ola bilər. Əmək Məcəlləsinin 104-cü maddəsinin ikinci hissəsinə əsasən, iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.

Mİsal 1. İşəgötürən dənizdə işləyən və iş vaxtının cəmlənmiş uçotu tətbiq edilən işçilər üçün 14 gün ardıcıl iş və istirahət rejimi tətbiq edir. Həmin iş rejiminə əsasən, işçilər hər gün  dənizdə yerləşən iş yerlərində 14 gün ardıcıl işləyirlər. Qeyd etdiyimiz kimi Əmək Məcəlləsinin 103-cü maddəsinin tələblərinə uyğun olaraq növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. İşəgötürən 14 gün ardıcıl işlədikdən sonra 14 gün istirahət edir. Öncəki maddələrdə qeyd etdiyimiz iş rejiminin bu cür tətbiqi növbə cədvəli, kollektiv və ya əmək müqaviləsi ilə tənzimlənir.

Əmək Məcəlləsinin 104-cü maddəsinin üçüncü hissəsinə əsasən, hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. 

Maddədən göründüyü kimi, qan və  qan komponenti (qan komponentləri bütöv qanın qan bankında sentrifuqada çökdürülmə, süzülmə və doldurulma kimi üsullarla alınan müalicəvi hissədir) verərək donor olan şəxsə əmək qanunvericiliyində güzəştlər müəyyən edilib.

Mİsal 1.  İşçi 25 fevral 2021-ci il tarixdə donor kimi qan bankına qan bağışlayıb. Bu zaman işçi fevral və ya mart aylarına təsadüf edən iş günlərinin birində istirahət edə bilər. Mümkündür ki, işçinin razılığı ilə həmin günü illik məzuniyyətinə də əlavə etsin. İşçinin həmin il üzrə əmək məzuniyyəti 30 təqvim günüdürsə, donor olduğu gün əlavə edildiyindən təqvim günlərinin sayı 31-ə çatdırılır .

Mİsal 2.  İşçi 26 fevral 2021-ci ildə qan verib və bunun müqabilində işçiyə ödəniş edilib. Bu halda işçiyə əlavə istirahət günü verilmir. Çünki Əmək Məcəlləsinin 104-cü maddəsinə əsasən, əlavə istirahət günü qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlarla münasibətdə təqdim edilir.

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 10:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın