Çərşənbə axşamı, 17 May 2022 07:51

Əmək müqaviləsinin xitamıla bağlı əmrdə hər hansı səhv onun etibarsız hesab edilməsinə səbəb ola bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 84-cü maddəsinin ikinci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

Mİsal 1. İşçi məhkəməyə müraciət edərək bildirir ki, işəgötürən əmək müqaviləsinə xitamla bağlı əmrdə müəssisənin hüquqi ünvanını qeyd etməyib. Fikrimizcə, bu zaman əmək mübahisəsinə baxan məhkəmə əmək müqaviləsinə xitamla bağlı əmri etibarsız hesab etməyəcək.

Mİsal 2. İşəgötürən işçinin əmək müqaviləsinə xitam zamanı istinad olunan maddəni qeyd etməyib. İşçi həmin təşkilatda əlavə iş yeri olaraq çalışdığı üçün əmək kitabçasına da malik olmayıb. Mümkündür ki, müvafiq araşdırmalardan sonra işəgötürənin əmək müqaviləsinə xitamla bağlı əmri etibarsız hesab edilsin.

Amma bir məsələni də nəzərə almaq lazımdır ki, əvvəllər işçilərlə əmək münasibətlərinin yaranmasının və xitamının rəsmiləşdirilməsi yalnız kağız formada həyata keçirildiyindən fərdi əmək mübahisələri zamanı əmrə olan tələblər əsas götürülürdü. Mümkündür ki, işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində xitama əsas verən maddəni qeyd etməsin, amma əmək müqaviləsi ilə bağlı elektron informasiya sistemində xitam maddəsini düzgün qeyd etsin. Bu halda məhkəmə orqanının fərqli yanaşması da mümkündür.

Əmək Məcəlləsinin 84-cü maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Əmək müqaviləsinə xitamla bağlı əmrin bir nümunəsini öncəki səhifədə təqdim etmişik. Digər nümünələri isə təşkilatımızın nəşri olan “A-dan Z-yə Kargüzarlıq” kitabından əldə edə bilərsiniz. 

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın