Pis işçini qanunvericiliyin tələblərini pozmadan işdən çıxarmaq mümkündür?
Xəbər verdiyimiz kimi, BP-nin London ofisinin Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktoru Leyla Novruzova Azərbaycanın əmək qanunvericiliyinin mövcud səviyyəsilə bağlı narazılığını bildirmişdi. Leyla xanım hesab edir ki, şirkətlər işlərini yaxşı görməyən işçiləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işdən çıxartmaqda çox çətinliklərlə üzləşirlər.
“AİRP 2018 - İnsan resursları konfransı və sərgisi”ndə digər tanınmış HR mütəxəssisi, Azərbaycan Beynəlxalq Bankın İnsan resursları departamentinin direktoru Şölə Əkbərova Leyla xanımın fikirlərinə münasibət bildirib: ”Həqiqətən də, Əmək Məcəlləsi də daxil olmaq bütün əmək qanunvericiliyi işçinin xeyrinə tərtib olunub. Bu da ondan irəli gəlir ki, işçi işəgötürənlə müqayisədə daha zəif tərəf kimi qəbul edilir və düşünülür ki, onların hüquqları da üstün olmalıdır. Bildiyimiz kimi, əmək qanunvericiliyi əsasən SSRİ dövründən qalan qanunvericilik üzərində hazırlandığından daha sosial yönümlüdür. Konkret pis işçinin işdən çıxarılmasına gəlincə, fikrimcə, bunun çətinliklə də olsa, öhdəsindən gəlmək mümkündür. Təbii ki, menecerlərin köməyi ilə. Menecer gündəlik olaraq, onun işi və davranışlarını nəzarətdə saxlayıb, işçinin pozitivlə yanaşı, həm neqativ tərəflərinə uyğun sənədləşmələr (xəbərdarlıq, töhmət və s.) aparmalıdır. Təbii ki, menecer prossesi bu cür aparmazsa, o zaman son mərhələdə səhv edən işçini işdən çıxartmaq çətin olacaq. İşəgötürən özünü sığortalamaq üçün işçinin hər səhvi ilə bağlı yazılı xəbərdarlığını etməlidir. Bu zaman işəgötürən məhkəmə zamanı təqdim edə bilər ki, işdən çıxmağa səbəb olan hal işçinin ilk səhvi deyil. Bəzən düşünürük ki, kiminsə cörəyinə bais olmayaq, amma belə olanda da məhkəmədə işəğötürən işçi qarşısında zəif duruma düşür. Bu tip sənədləşmələrlə işçinin təşkilata əlavə zərər vurmasının qarşını almaq olar”
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın