.jpg)
ƏMAS-da YENİLİK! Əmək qanunvericiliyi və ƏMAS altsistemi arasında olan ziddiyyət aradan qaldırıldı
MKS Academy sabah yəni 1 mart 2025-ci il tarixdə (şənbə günü), saat 11:00-14:00 aralığında “Əmək müqaviləsi: A-dan Z-yə” mövzusunda onlayn tematik təlim keçirəcək. Tematik təlimdə əmək müqaviləsi ilə yanaşı, ƏMAS altsistemi və iş vaxtın cəmlənmiş ucotu haqqında geniş məlumat veriləcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
ƏMAS altsistemində tətbiq edilən bəzi əməliyyatların ƏMAS altsistemi ilə uyğunluq yaratmadığı barədə Sizə əvvəlcədən məlumat vermişdik. Sevindirici haldır ki, son dövrlərdə həmin uyğunsuzluqların aradan qaldırılması məqsədilə fəaliyyətlər həyata keçirilir. Son dəyişikliklərdən biri, ƏMAS altsistemində fərdi sahibkarın özü ilə əmək müqaviləsi bağlanmasına məhdudiyyətin tətbiq edilməsidir.
Əvvəlki dəyişikliklərə qədər fərdi sahibkar işəgötürən kimi fəaliyyət göstərsə də, ƏMAS altsistemində özü ilə hər hansı vəzifə üzrə əmək müqaviləsi imzalanmasına məhdudiyyət tətbiq edilmirdi. Lakin, fərdi sahibkarın ƏMAS altsistemində “işçi” statusunda əmək müqaviləsi imzalaması, həm əmək qanunvericiliyi, həm də vergi qanunvericiliyinin tətbiqi baxımından problemlər yaradırdı.
Vergi qanunvericiliyinə əsasən, 3 işçisi olan mikrosahibkarlar gəlir vergisi üzrə 75% güzəşt əldə etmək hüququna malikdirlər. Ancaq, fərdi sahibkarın ƏMAS altsistemində “işçi” statusunda olması, vergi qanunvericiliyinin 3 işçi tələbinə uyğun gəlmirdi. Bu boşluq, həmçinin vergi qanunvericiliyinin düzgün tətbiqində problemlərə səbəb olurdu.
Bütün bu səbəbləri nəzərə alaraq, ƏMAS altsisteminin tətbiqinə məsul olan şəxslər, fərdi sahibkarların işəgötürən olaraq özləri ilə həm də “işçi” statusunda əmək müqaviləsi bağlamasına məhdudiyyət qoyulmasına qərar verdilər.
Eyni zamanda, 1 mart 2025-ci il tarixində keçiriləcək “Əmək Müqaviləsi: A-dan Z-yə” mövzusunda tematik təlimdə ƏMAS altsistemi ilə bağlı vacib məqamlar və yeniliklər haqqında əlavə məlumat veriləcək.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın