ƏMAS-da YENİ DƏYİŞİKLİK! Xitam əmrində hansı maddələrin seçilməsinə məhdudiyyət qoyulacaq?

ƏMAS-da YENİ DƏYİŞİKLİK! Xitam əmrində hansı maddələrin seçilməsinə məhdudiyyət qoyulacaq?

MKS Academy 22 fevral 2025-ci il tarixdə (şənbə günü), saat 11:00-14:00 aralığında “Fərqli iş rejimləri və əmək haqqının hesablanması: ƏMAS-da əks etdirilməsi” mövzusunda onlayn tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.

ƏMAS altsistemində ötən həftənin sonlarında yeni dəyişiklik həyata keçirilib. Dəyişiklik xitam əmrinin hazırlanması zamanı məhdudiyyət tətbiqi ilə bağlıdır. İşəgötürən aktiv əmək müqaviləsi müddətsiz olan işçinin əmək müqaviləsinə xitam verdikdə  “Xitamın əsası” bölməsində aşağıdakı 3 maddə artıq təklif edilməyəcək:

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

  • 2. b) əmək müqaviləsinin müddətinin qurtarması.

Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

  • 1. Müddətli əmək müqaviləsinə xitam verilməsi
  • 2. İşçinin müəyyən üzürlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda xitam verilməsi.

Fikrimizcə, ƏMAS altsistemində müddətli əmək müqaviləsinin xitamı ilə bağlı məhdudiyyətin tətbiqi işçinin hüquqlarının qorunması istiqamətində atılmış addımdır. Çünki müddətsiz əmək müqaviləsinə xitam zamanı proqram tərəfindən müdddətin bitməsi ilə bağlı maddələrin təklif edilməsi doğru hesab olmazdı. Təbii ki, işçinin əmək müqaviləsi müddətlidirsə, yuxarıda qeyd edilən 3 maddəni seçmək imkanı yaradılacaq. ƏMAS-da Əmək Məcəlləsindəki 3 maddənin seçimi ilə bağlı məhdudiyyət sırf müddətsiz əmək müqaviləsinin xitam zamanı tətbiq edilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

3 Komment

  1. Ramil 20 Fevral 2025

    Men dosd MMC terefenden işle temin olmşdm 03 11 2024 cü ilde xeberim olmadan işime xitam verelib nece berpa ede bilerem işimi zehmet olmasa kömeklik edin

  2. İlham 21 Fevral 2025

    Salam. Mən İsmayıllı rayon sakini 1-ci dərəcəli Əlil İlham Kamil oğlu Dadaşov. 2013 cü ildən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Niyal İnstrumental Ansamblının Sintizator alətində oturaq vəziyyətdə müşayiətçi vəzifəsində işləyirdim. 2025 ci ilin Yanvar ayının 6-sı məni Dağlıq Şirvan Regional idarəsindən heç bir rəsmi xəbərdarlıq olmadan işdən azad edərək işimə xitam verdilər. Ölkə başçısı cənab prezidentim İlham Əliyev cənabları qanunda imzalayıb və təsdiq edib ki Əlilliyi olan vətəndaşlar işləmək üçün müraciət edərlərsə və biləndəki şəxsin Əliliyi var və işə götürməkdən boyun qaçırır həmin hüquqi şəxs qanun çərçivəsində cəza tədbirləri görüləcək. Amma bunlar isə məni işləyə işləyə, işdən azad edərək işimə xitam verdilər. Artıq bunun üçün dövlət başçısına və k Dövlət Əmək Müfəttişliyinə bu haqda ətraflı öz şikayətimidə bildirmişəm. Əlaqə üçün telefon nömrəm 0557255551.

  3. İlham 21 Fevral 2025

Şərh yazın

Xəbərlər