
YENİ DƏYİŞİKLİK! Hansı maddə ilə əmək müqaviləsinə xitam verilən işçiyə işə qayıtmaq hüququ veriləcək?
Əmək Məcəlləsində xitamın əsası ilə bagli bölməyə yeni bənd əlavə ediləcək
MKS Academy 22 fevral 2025-ci il tarixdə (şənbə günü), saat 11:00-14:00 aralığında “Fərqli iş rejimləri və əmək haqqının hesablanması: ƏMAS-da əks etdirilməsi” mövzusunda onlayn tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanuna əsasən, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi ilə bagli maddəyə yeni bənd əlavə edilib. “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” adlı 69-cu maddəyə aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilib:
“Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.”
Maddədən göründüyü kimi, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər. Təbii ki, qeyd edlən hallar özəl müəssisələrdə yox, dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən şəxslərə şamil olunur.
Misal. Azərbaycanın Macarıstdankı diplomatik nümayəndəliyində işləyən şəxsin həyat yoldaşı Dövlət İmtahan Mərkəzində baş mütəxəssis vəzifəsində çalışır. İşçi işdənçıxma ərizəsində 69.3-1-ci maddəyə istinad etdiyi üçün işəgötürən onun əmək müqaviləsinə xitamla bagli əmrdə həmin maddəni qeyd etməlidir.
Sual oluna bilər ki, yuxarıda qeyd edilən hal niyə 69.3-cü maddəyə daxil edilmədi, yeni bənd yaradılmasına ehtiyac duyuldu? Sualın cavabı Əmək Məcəlləsinə əlavə edilən növbəti hissə ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə əlavə edilən 10-cu hissəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda, yaxud xaricdə beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunur.
Əmək Məcəlləsinin 77-ci maddəsinə əlavə edilən yeni hissəyə əsasən, misalda qeyd etdiyimiz Dövlət İmtahan Mərkəzində çalışan işçi yenidən işə qayıtmaq istərsə (həm həyat yoldaşının müvafiq qurumda işlədiyi müddətdə həm də müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək), işəgötürən onu peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin etməlidir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın