
Mart ayı üzrə altıgünlük iş həftəsində iş günləri necə müəyyən ediləcək?
MKS Academy 22 fevral 2025-ci il tarixdə (şənbə günü), saat 11:00-14:00 aralığında “Fərqli iş rejimləri və əmək haqqının hesablanması: ƏMAS-da əks etdirilməsi” mövzusunda onlayn tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
Baş nazir Əli Əsədovun 15 fevral 2025-ci il tarixli, 23 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bunun beşgünlük iş həftəsində necə tənzimlənəcəyini təqdim etmişdik.
Həmkarlarımızdan daxil olan suallara cavab olaraq altıgünlük iş həftəsində mart ayı üzrə istirahət günlərini müəyyənləşdirək. 2025-ci ilin istehsalat təqviminə əsasən, mart ayında aşağıdakı bayram günləri mövcuddur:
8 Mart – Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
30, 31 mart – Ramazan bayramı.
2025-ci ilin istehsalat təqvimində o da qeyd edilir ki, 2025-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir.
Qeyd edilənləri nəzərə alaraq, mart ayı üzrə altıgünlük iş həftəsində çalışanlar üçün iş vaxtı norması aşağıdakı kimi olacaq:
Qeyd edək ki, altıgünlük iş həftəsində çalışan işəgötürənlər üçün iş və istirahət günlərinin yerlərinin dəyişməsi imperativ norma hesab edilmir. Yəni Nazirlər Kabinetinin qərarı beşgünlük iş həftəsi üçün məcburi olsa da, altıgünlük iş həftəsində çalışan işəgötürənlər, əmək qanunvericiliyi və istehsalat norması üzrə tələblərin gözlənilməsi şərti ilə, öz istəklərinə uyğun iş günləri ilə istirahət günlərinin yerlərini dəyişdirə bilərlər.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın