ƏMAS Platformasında əsas və əlavə iş yerləri ilə bagli yenilik Əmək Məcəlləsininin 58-ci maddəsinə ziddir?

ƏMAS Platformasında əsas və əlavə iş yerləri ilə bagli yenilik Əmək Məcəlləsininin 58-ci maddəsinə ziddir?

Mks.az-ın ekspertləri: "Fikrimizcə, ƏMAS altsitemində hal-hazırda tətbiq olunan razılıq ərizələri işçinin hüquqlarını pozduğu üçün ləğv olunmalıdır"

 MKS Academy 19 fevral 2025-ci il tarixdə (çərşənbə günü), saat 11:00-13:00 aralığında “ƏMAS PLATFORMASI: Yeniliklər və vacib məqamlar” mövzusunda onlayn tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.

Xəbər verdiyimiz kimi, bu il fevralın 13-də ƏMAS altsistemində edilən dəyişikliyə əsasən, əsas iş yeri üzrə əmək müqaviləsi bağlayan işçi əlavə iş yerində işləmək üçün  mütləq  əsas iş yeri üzrə işəgötürənin razılığını almalıdır. Əgər işəgötürən əsas iş yeri üzrə əmək müqaviləsi bağladığı zaman “Əlavə iş yeri üzrə müqavilə bağlanarkən razılıq alınsın” altbölməsini aktiv edərsə, işçi heç bir işəgötürənlə əlavə iş yeri üzrə əmək müqaviləsi bağlaya bilməyəcək. Çünki əlavə iş yeri üzrə işəgötürən işçinin əmək müqaviləsini hazırladıqda müvafiq bölmədə “Əlavə” seçdikdə aşağıdakı formada məhdudiyyətlə qarşılacaq:

Bəs, ƏMAS altsisteminə əlavə edilən yeni funksiya əmək qanunvericiliyinin tələblərinə uygundur? Əmək Məcəlləsinin 58-ci maddəsinin üçüncü hissəsinə əsasən, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir, amma işçinin iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməsinə hər hansı razılığın tələb olunması qanunvericilikdə nəzərdə tutulmayıb.

ƏMAS altsistemində isə əsas iş yeri üzrə işəgötürən işçinin iş vaxtında və ya iş vaxtından sonra əlavə iş yerində çalışmsından asılı olmayaraq ona məhdudiyyət tətbiq edə biləcək. Göründüyü kimi, ƏMAS altsistemindəki bu funksiya Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə ziddir. İşçinin əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlarının ƏMAS altsistemi vasitəsilə məhdudlaşdırılması gələcəkdə əmək mübahisələrinin yaranmasına və məsələnin məhkəməyədək uzanmasına səbəb ola bilər. Fikrimizcə, Əmək Məcələsininin 15-ci maddəsinə uyğun olaraq Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏMAS altsistemində tətbiq edilən yeniliyin müvafiq qanunvericiliyin tələblərini pozmaması şərtilə tətbiqinə çalışmalıdır. Yaxşı olar ki, ƏMAS altsistemində işçinin əlavə iş yerindəki iş saatları əsas iş yeri üzrə iş saatları üst-üstə düşdüyü halda qeyd olunan məhdudiyyət tətbiq edilsin. İşçi əsas iş yeri üzrə müəyyən edilən iş vaxtından sonra əlavə iş yerində çalışarsa, hər hansı məhdudiyyətin tətbiqinə ehtiyac yoxdur.

Fikrimizcə, ƏMAS altsitemində hal-hazırda tətbiq olunan razılıq ərizələri işçinin hüquqlarını pozduğu üçün ləğv olunmalıdır. Gələcəkdə ƏMAS-da razılıq ərizələri işçinin əsas iş yeri üzrə iş vaxtları əlavə iş yerləri üst-üstə düşərsə tətbiq olunmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər