![](https://mks.az/upload_files/EMAS/Untitled%20design.jpg)
Baş nazir mart ayında iş və istirahət günlərinin yerini necə dəyişdi?
MKS Academy 22 fevral 2025-ci il tarixdə (şənbə günü), saat 11:00-14:00 aralığında “Fərqli iş rejimləri və əmək haqqının hesablanması: ƏMAS-da əks etdirilməsi” mövzusunda onlayn tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
Baş nazir Əli Əsədovun 15 fevral 2025-ci il tarixli, 23 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Qərarı daha aydın başa düşmək üçün əvvəlcə martın 27 və 28-sinə düşən iş günlərinin dəyişdirilməsinə ehtiyacın nədən yarandığına nəzər salaq. 2025-ci ilin istehsalat təqviminə əsasən Novruz Bayramı və Ramazan Bayramı aşağıdakı tarixlərdə nəzərdə tutulurdu:
- 20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
- 30, 31 mart – Ramazan bayramı;
Novruz Bayramına təsadüf edən 22 və 23 mart tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə düşdüyü üçün 25 və 26 mart tarixləri qeyri-iş günü hesab edilirdi. Bu zaman 24-30 mart tarixlərini əhatə edən həftədə yalnız martın 27 və 28-si iş günü olaraq müəyyənləşdirilirdi. Bu səbəbdən də Nazirlər Kabinetinin 23 saylı qərarında 27 və 28 mart tarixlərini əhatə edən iş günlərinin başqa tarixlərə təsadüf edən qeyri-iş günləri ilə əvəz olunmasına ehtiyac yaranıb.
Nazirlər Kabinetinin 23 saylı qərarında qeyd edilən qeyri-iş günləri - 10 mart və 1 aprel tarixləri - müvafiq olaraq həftənin bazarertəsi və çərşənbə axşamına təsadüf etsə də, 2025-ci ilin istehsalat təqvimində qeyri-iş günü kimi qeyd olunub. Çünki 8 mart və 30 mart tarixləri müvafiq olaraq Qadınlar Günü və Ramazan Bayramına təsadüf etsə də, həmin günlər şənbə və bazar günlərinə düşürdü. Bu səbəbdən də, 10 mart və 1 aprel 2025-ci il tarixləri istehsalat təqvimində qeyri-iş günü kimi nəzərə alınmışdı.
Beləliklə, qərardan sonra 2025-ci ilin mart ayı üzrə beşgünlük iş rejimi üzrə istehsalat təqvimi aşağıdakı şəkildə olacaq (qırmızı çərçivədə qeyd edilən tarixlər rəsmi olaraq bayram günü hesab edilən günlərdir):
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın