
ƏMAS-da YENİLİK! İşəgötürən işçinin əlavə iş yerlərində calışmasına icazə verməyə biləcək
MKS Academy tərəfindən sabah yəni 15 fevral 2025-ci il tarixdə iki mövzuda tematik təlim həyata keçiriləcək: “ƏMAS PLATFORMASI: Son yeniliklər və vacib məqamlar” ( ONLAYN ) - saat 11:00 -13:00 və “ƏMAS-da son yeniliklər, fərqli iş rejimləri və əmək haqqı” (ƏYANİ) - saat 14:00 - 17:00. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
Əmək Məcəlləsinin 58-ci maddəsi əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsini ilə bağlı əmək qanunvericiliyi tələblərini müəyyənləşdirir. Həmin maddənin üçüncü hissəsinə əsasən, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. Həmin hissəsdə qeyd edilir ki, iş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. 13 fevral 2025-ci il tarixdən ƏMAS altsisteminə edilən dəyişikliyə əsasən əsas iş yeri üzrə işəgötürən işçi ilə əmək müqaviləsi bağladığı zaman həmin şəxsin əlavə iş yerlərində çalışması üçün mütləq razılığını almasını tələb etmək hüququna malik olacaq:
İşəgötürən “əlavə iş yeri ilə müqavilə bağlanarkən razılıq alınsın” altbölməsini aktiv etdiyi halda, digər işəgötürən əlavə iş yeri üzrə işçini işə qəbul edərkən məhdudiyyətlə qarşılaşacaq. Əlavə iş yeri üzrə işə qəbul edilmək istəyən işçi bu zaman ƏMAS-dakı şəxsi kabinet vasitəsiylə işçidən razılıq almalıdır. İşəğötürən ƏMAS altsistemində qeyd edilən bölməni aktiv etmədiyi halda, işçi sərbəst şəkildə istənilən sayda əlavə iş yeri üzrə əmək müqaviləsi bağlaya biləcək. Doğrudur, Əmək Məcəlləsinin 58-ci maddəsi işçinin iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməsi zamanı əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilməsini qeyd etsə də, ƏMAS alt sistemi bütün hallarda onun işləməsinə icazə verməsi haqqında razılığı tələb edə bilər.
15 fevral 2025-ci il tarixdə keçiriləcək həm əyani həm də onlayn tematik təlimizdə ƏMAS-da edilən son dəyişikliklərlə bağlı izah veriləcək məsələlər:
- ƏMAS altsistemində əlavə iş yeri üzrə icazə prosesinin addım-addım izahı
- İşəgötürən cari işçisinin əlavə iş yerində işləməsi məhdudiyyət tətbiq edə bilər?
- İşçi əsas iş yerindən razılıq ərizəsi almaq üçün hansı prosesləri həyata keçirilməlidir?
- İşəgötürənin işçinin razılıq ərizəsinə imtina vermək hüququna malikdir?
- İşəgötürənin səlahiyyət verdiyi şəxs işçinin razılıq ərizəsini təsdiq etmək hüququna malik olacaq?
- Hansı halda əmək müqaviləsinə xitam zamanı 3 maddəyə istinad etmək icazəsi verilmir?
- ƏMAS altsistemi hansı şəxslə əmək müqaviləsi bağlanmasına məhdudiyyət tətbiq edir?
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın