Tanınmış hüquqşünasdan Novruz və Ramazan bayramı ilə əlaqədar istirahət və iş günlərinin dəyişməsi ilə bağlı TƏKLİF
Dəyərli həmkarlar, Sizcə Novruz və Ramazan bayramı ilə əlaqədar istirahət və iş günlərinin necə dəyişməlidir?
Tanınmış hüqüqşünas Əkrəm Həsənov Novruz və Ramazan bayramı ilə əlaqədar istirahət və iş günlərinin dəyişməsi bağlı maraqlı təklif irəli sürüb: " 20-24 mart Novruz bayramı, 30-31 mart isə Ramazan bayramıdır. 22-23 mart şənbə-bazara təsadüf etdiyi üçün 25-26 mart da qeyri-iş günləridir. 27-28 mart isə cümə axşamı və cümə olaraq iş günləridir. 30 mart şənbə gününə təsadüf etdiyi üçün 1 aprel də qeyri-iş günü olacaq.
Böyük ehtimalla Nazirlər Kabineti son anda Novruz bayramı ilə Ramazan bayramı arasındakı iki iş gününü (27-28 mart) də qeyri-iş günü elan edəcək ki, fasiləsiz uzunmüddətli tətilimiz olsun. Amma yəqin həmin günlərin əvəzinə elə günləri iş günü elan edəcək ki, fasiləsiz 7 gün işləməli olacağıq (necə ki, ötən dekabrda belə olmuşdu). Bu isə Əmək Məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndinin pozulmasıdır: həftədə azı bir gün istirahət günü olmalıdır.
Buna görə də təklif edirəm ki, 27-28 mart günlərini qeyri-iş günü elan edərək onların əvəzinə 15 mart və 5 aprel (əvvəlki və sonrakı şənbə günləri) iş günü elan olunsun. Bu halda 20 martdan etibarən 1 aprelədək (yəni 1 aprel daxil olmaqla) 13 günlük tətil olacaq. Əvvəlki və sonrakı həftələrdə isə 6 iş günü olacaq."
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:
0 Komment
Şərh yazın