Yanvar ayında məzuniyyətə gedən işçiyə məzuniyyət haqqının hesablanması zamanı son 12 ay gəlirləri üzrə əmsallaşdırma tətbiq olunmalıdır?
Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması” qaydasına əsasən, məzuniyyətin əmsallaşdırılmasının məqsədi işçinin məzuniyyət dövründəki əməkhaqqını real əməkhaqqına uyğunlaşdırmaqdır. Bu səbəbdən də işçi əməkhaqqında artım olan yanvar ayında məzuniyyətə gedirsə, onun məzuniyyət haqqına mütləq əmsallaşdırma tətbiq edilməlidir. Məzuniyyət haqqı əmsallaşdırılmasa, işçinin yanvar ayı üzrə gəlirləri az olacaq ki, bu da əmsallaşdırma fəlsəfəsinə ziddir.
Misal. İşçi 10 yanvar 2025-ci il tarixdə 14 günlük məzuniyyət hüququndan istifadə edib. Kütləvi artım səbəbindən yanvar ayında işçinin əməkhaqqısı artılıb. Bu zaman məzuniyyət hesablanarkən işçinin son 12 ay (yanvar - dekabr 2024-cü il) üzrə gəlirlərinə əmsallaşdırma tətbiq etməklə hesablanma aparılmalıdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın