Kəmalə Yusifovanının təqdimatında: Ailə üzvünə görə müavinət hansı hallarda ödənilmir?

Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, işçilərin xahişi ilə bəzi hallarda bir iş ilində ödənişsiz məzuniyyət verilir. Həmin maddənin “h” bəndində göstərilib ki, ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə verilən həmin məzuniyyətin müddəti tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ola bilər. Bəzi hallarda isə xəstə olan ailə üzvünə qulluq edən şəxslərə ödənişlər də nəzərdə tutulub. 

Mövzuya İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir: 
 Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın təsdiq edilməsi barədə qərarına əsasən, ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqəsi həmin xəstəni müalicə edən həkim tərəfindən elektron sənəd formasında tərtib edilir.

14 yaşı tamam olmuş və ailənin yaşlı xəstə üzvünə qulluq etmək üçün xəstəlik vərəqəsi qulluq edilməmə səbəbindən xəstənin həyatı və sağlamlığı üçün təhlükə yarandıqda, xəstəni xəstəxanaya qoymaq imkanı olmadıqda tərtib edilir.

Misal 1: İşçinin anası yıxılaraq zədə alıb və xəstəxanaya yerləşdirilib. Bu halda işçiyə anası xəstəxanaya yerləşdirildiyi üçün müavinət hesablanmayacaq.

Ailənin belə xəstə üzvünə qulluq etmək üçün tərtib edilən xəstəlik vərəqəsinin müddəti 7 gündən artıq olmamalıdır. Bu müddət yalnız müstəsna hallarda xəstəliyin ağırlığından və məişət şəraitindən asılı olaraq müalicə həkimi və baş həkim tərəfindən 10 təqvim günündən çox olmayaraq uzadıla bilər.

14 yaşına çatmamış xəstə uşağa qulluq etmək üçün xəstəlik vərəqəsi uşağın anası (atası), digər qanuni nümayəndələri və ya uşağa qulluq edən digər ailə üzvləri üçün tərtib edilir. Xəstəlik vərəqəsi bu cür xəstə uşağın istər ambulator, istərsə də stasionar müalicəsində, onun xidmətə ehtiyacı olan bütün dövr üçün tərtib edilir.

Misal 2: İşçinin 10 yaşlı qızı xəstəlik keçirib və evdə müalicə alır. Bu zaman işəgötürən işçiyə hər hansı müddət gözləmədən xəstəlik vərəqəsində qeyd olunan tarix üçün müavinət ödənilməsini təmin edəcək.

Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 22-ci bəndində göstərilib ki, immun çatışmazlığı virusuna yoluxmuş və ya SPİD xəstəliyinə tutulmuş 16 yaşına çatmamış xəstə uşağın müalicəsində valideynlərindən birinə, yaxud digər qulluq edən şəxsə xəstəlik vərəqəsi uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün tərtib edilir.

Qeyd etmək lazımdır ki, müavinət ödənilməsi üçün xəstəlik vərəqəsinin işəgötürənə təqdim olunması mütləq tələbdir. Ailə üzvünə qulluqla bağlı müavinətin hesablanması zamanı xəstəlik vərəqəsinə xəstəyə qulluq edilməsi ilə bağlı qeyd aparılmalıdır. Onu da deyək ki, işçi məzuniyyətdə olduğu dövrdə əmək qabiliyyətini itirərsə, ona müavinət hesablanır, amma ailə üzvlərinin xəstələnməsinə görə müavinət ödənilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər