İşəgötürən xəbərdarlıq müddətinə əməl etməklə müddətli müqavilə başa çatdıqdan sonrakı tarixdə işçini işdən azad edə bilər?
Satışı davam edən "Əmək Məcəlləsi. Son dəyişikliklərin izahı" kitabından seçmə
Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin ilk cümləsində qeyd edir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Maddənin tələblərindən göründüyü kimi, müddətli əmək müqaviləsinə heç bir halda müddət başa çatmadan öncə və ya sonra xitam verilə bilməz.
Mİsal. İşəgötürən 10 yanvar 2024-cü il tarixdə işçi ilə 8 aylıq əmək müqaviləsi imzalayıb. Müqavilə müddəti 10 sentyabr 2024-cü il tarixdə başa çatmalıdır.
Birinci hal. İşəgötürən və ya işçi qarşı tərəfi 1 sentyabr tarixdə əmək müqaviləsinin bitməsi ilə bağlı xəbərdar edib. Amma işçi xahiş edir ki, xarici ölkəyə səfərinin olması səbəbindən onun əmək müqaviləsinə 10 sentyabr tarixində yox, 6 sentyabr tarixində xitam verilsin. Bu zaman işəgötürən müddətli əmək müqaviləsinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verə bilməz. Çünki qanunvericiliyin tələblərinə əsasən, müddətli əmək müqaviləsinə müddət qutardıqda xitam verilməlidir. Qeyd etdiyimiz halda işçinin əmək müqaviləsinin müddəti 10 sentyabrda bitir.
İkinci hal. İşəgötürən işçini 10 avqust 2024-cü il tarixdə xəbərdar edir ki, onun əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı 10 sentyabr 2024-cü il tarixdə xitam veriləcək. Qeyd edək ki, Əmək Məcəlləsinin 73-cü maddəsində “Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış” ifadəsindən istifadə edildiyi üçün 1 ay öncədən xəbərarlıq edilməsində hər hansı pozuntu yoxdur. Tutaq ki, işəgötürən xitam tarixini unudaraq işçinin əmək müqaviləsinə 10 sentyabr 2024-cü ildə yox, 11 sentyabr 2024-cü ildə müddətin başa çatması səbəbilə xitam verir. Bu halda işəgötürən əmək qanunvericiliyinin tələblərini pozur. Müddətli əmək müqaviləsinə bitdiyi tarixdə xitam verilmədiyi üçün misalımızda müqavilə yenidən 8 ay müddətinə artırıla bilər.
Sonuncu halla bağlı fərqli yanaşmalar da mövcuddur. Bəzi mütəxəssislər hesab edir ki, işəgötürən və işçi Əmək Məcəlləsinin tələblərinə uyğun bir-birini xəbərdar etdiyi halda, əmək müqaviləsinin xitamı ilə bağlı texniki proses həmin müqavilənin əvvəlki müddət qədər artırılmasına əsas ola bilməz. Həmçinin işçinin işəgötürəni əmək müqaviləsinin müddətinin uzadılmaması ilə xəbərdar etdiyi halda, müddət başa çatdıqdan sonrakı iş günündə işə çıxmama hüququna malikdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın