ƏMAS altsistemi hansı hallarda şəxsin işə qəbulu ilə bağlı məhdudiyyət tətbiq edir?
MKS Academy-nin sayca 8-ci “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimi 21 dekabr 2024-cü ildə saat 11:00-da baş tutacaq. 300-ə yaxın məzunu olan tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat verilir. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan 3 saatlıq tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.
ƏMAS altsistemində işə qəbul olunan şəxslə bağlı bəzi məhdudiyyətlər tətbiq edilir. Tətbiq edilən məhdudiyyətləri iki qrupa bölmək olar:
- İşə qəbul ediləcək şəxsin yaşına görə məhdudiyyət
Əmək Məcəlləsinin 46-cı maddəsinin dördüncü hissəsinə əsasən, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Bu səbəbdən də, ƏMAS yaşı 15-dən aşağı olan şəxslərin işə qəbuluna məhdudiyyət tətbiq edir. İşəgötürən yaşı 15-dən az olan şəxslə əmək müqaviləsi bağlamaq istədikdə, ona aşağıdakı məzmunda məhdudiyyət bildirişi təqdim edilir: “Əmək qanunvericiliyinə əsasən, 15 yaşından aşağı olan şəxslərlə əmək müqaviləsi bağlana bilməz”
- Şəxsiyyət vəsiqəsinin məlumatları üzrə məhdudiyyət
ƏMAS altsistemində vətəndaşların şəxsiyyəti vəsiqəsi məlumatları Daxili İşlər Nazirliyinin müvafiq bölmələrindən emal edilir. İşəgötürən işə qəbul etmək istədiyi şəxsin şəxsiyyət vəsiqəsi göstəricilərini daxil edərkən sənəd üzrə məlumat deaktiv olarsa, əmək müqaviləsinin bağlanması ilə bağlı növbəti mərhələyə keçid qeyri-mümkündür. Şəxsiyyət vəsiqəsinin deaktiv olmasına səbəb kimi sənədin etibarlılıq müddətinin bitməsi və ya daxil edilən sənədin seriya nömrəsinin dəyişməsini göstərmək olar.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın