Altay Cəfərovdan əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması ilə bağlı rəsmi mövqeyə ETİRAZ

Altay Cəfərovdan əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması ilə bağlı rəsmi mövqeyə ETİRAZ

"Əgər əlavə məzuniyyət yoxdursa, onda əmək məzuniyyəti əsas hissədən ibarət etmiş olur və bu da artıq əmək məzuniyyəti adlanır"

MKS Academy-nin sayca 8-ci “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimi 21 dekabr 2024-cü ildə saat 11:00-da baş tutacaq. 300-ə yaxın məzunu olan tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat verilir. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan 3 saatlıq tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Sərbəst auditor, tanınmış vergi mütəxəsssi Altay Cəfərov sosial şəbəkə hesabında əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması ilə bağlı dövlət qurumunun rəsmi mövqetinə münasibətini bildirib. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilrliyinin rəsmi mövqeyinə əsasən işçi məzuniyyətdən istifadə edilmədiyi halda isə əmək müqaviləsinə xitam verilərkən hər hansı şərt və ya məhdudiyyət qoyulmadan bütün iş illərinin əsas məzuniyyətinə (çalışdığı peşəsi (vəzifəsi) nəzərə alınmaqla 21 və ya 30 təqvim günü) görə pul əvəzinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur.
 

RƏSMİ! Dövlət qurumu 42,46 və 56 gün əmək məzuniyyət hüququ olan işçilərə xitam zamanı 30 və ya 21 gün hesablanmasına aydındlıq gətirdi

İndi isə dəyərli Altay Cəfərovun münasibətini təqdim edirik: "İşçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyaların ödənilməsi ilə bağlı mən də fikirlərimi bildirmək istərdim. Məsələ 118,119,120,121-ci maddələrdə əmək fəaliyyəti ilə məşğul olan işçilərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyaların verilməsi ilə bağlıdır. Əvvəldən bildirim ki, bu maddələr üzrə ölkədə 100 minlərlə əmək fəaliyyətində olan vətəndaşlar çalışırlar və onların hüquqlarını pozmaq düzgün olmazdı.

Mütəxəssislər və rəsmi cavablardan görünür ki, yuxarıdakı maddələr üzrə əmək fəaliyyətində olan işçilərə əmək məzuniyyətinə görə kompensasiyalar verəndə ancaq əsas məzuniyyətə görə ödəniş edilməlidir və günlər kimi də 21 və ya 30 gün götürülməsi bildirilir.
Fikirləşirəm ki, bu yanaşma düzgün deyildir.
Əvvələ məsələyə məntiqlə yanaşaq və sonda qanunverciliyin tələblərinə nəzər yetirək. Adətən normativ aktlar qəbul ediləndə çoxlu amillər nəzərə alınır və əsas amillərdən biri məntiq və mahiyyətdir.
Sual olunur ki, nəyə görə 118,119,120,121-ci maddələrdə əmək fəaliyyəti ilə məşğul olan işçilərə 21,30 yox daha çox 56,46,42 və s. gün məzuniyyət günləri verilir? Bəs nəyə görə kompensasiyalar veriləndə isə 56,46,42 və s. gün yox , 21 və ya 30 gün verilməlidir?
Yəni məntiq ilə yanaşanda düzgün olmadığı görünür.
Belə formada kompensasiya verilməsi işçinin birbaşa hüququnun pozulmasıdır. Həttə fikirləşirəm ki, burada heç bir boşluq da yoxdur.
İndi məsələyə qanunvericiliyin tələbləri ilə nəzərdən keçirək.
Məcəllənin 112-ci maddəsində yazılmışdır:
Maddə 112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
Deməli əmək məzuniyyəti iki hissədən ibarətdir, əsas və əlavə məzinuyyət.
Əlavə məzuniyyət haqqında məcəllənin digər maddələrində qeyd edilmişdir.
Eyni zamanda məcəllənin 116-cı maddəsində də qeyd edilmişdir:
Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası
3. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.
Maddədən aydın olur ki, əlavə məzuniyyət 118,119,120,121-ci maddələrdə əmək fəaliyyəti ilə məşğul olan işçilərə tətbiq edilmir.
Əvvəldə də bildirdiyim kimi 112-ci maddədə qeyd edilir ki, əmək məzuniyyəti iki hissədən ibarətdir(əsas və əlavə) və birlikdə əmək məzuniyyəti adlanır.
Əgər əlavə məzuniyyət yoxdursa, onda əmək məzuniyyəti əsas hissədən ibarət etmiş olur və bu da artıq əmək məzuniyyəti adlanır.
Ona görə də 118,119,120,121-ci maddələrdə başlıqlarında və mətinlərində də əsas məzuniyyət yox, ümumi əmək məzuniyyəti yazılmışdır,ona görə ki, bu maddələrdə olan işçilərə əmək stajına görə əlavə məzuniyyətlər tədbiq edilmir.
Yəni maddələrin başlığında əsas(əmək) məzuniyyəti və ya əmək(əsas) məzuniyyətin yazılması düzgün olmazdı, ona görə də əmək məzuniyyəti yazılmışdır.Hansı ki, bu maddələrdə olan əmək məzuniyyətləri əsas məzuniyyətlərdir.Belə ki, əlavə məzuniyyət olmadığına görə əmək məzuniyyəti əsas məzuniyyətdən ibarət etmiş olur.
Nəticə olaraq 118,119,120,121-ci maddələrdəki məzuniyyət günləri əsas məzuniyyəti kimi qiymətləndirilir və kompensasiyalar zamanı 21,30 gün yox bu maddələrdə olan günlər qədər kompensasiyalar verilməlidir.
Əvvəldə də qeyd etdiyim kimi bu maddələrdə ölkədə 100 minlərlə əmək fəaliyyətində olan vətəndaşlar çalışırlar və onların hüquqlarını pozmaq düzgün olmazdı.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər