ƏMAS-da 24 saat ərzində əmək müqaviləsini LƏĞV etmək imkanı

ƏMAS-da 24 saat ərzində əmək müqaviləsini LƏĞV etmək imkanı

ƏMAS-da əmək müqaviləsinin ləğvi ilə bağlı 24 saat tələbi hansı hallarda tətbiq edilir?

MKS Academy-nin sayca 8-ci “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimi 21 dekabr 2024-cü ildə saat 11:00-da baş tutacaq. 300-ə yaxın məzunu olan tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat verilir. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan 3 saatlıq tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

ƏMAS altsistemində işəgötürənlə işçi arasında bağlanan və ya dəyişiklik edilən əmək müqaviləsinin 24 saat müddətində ləğvi ilə bağlı məhdudiyyət mövcuddur.

Misal 1. İşəgötürən və işə qəbul ediləcək şəxs arasında 13 dekabr 2024-cü il tarixdə bağlanan əmək müqaviləsinə əsasən, işçinin işə başlama tarixi 20 dekabr 2024-cü ildir. İşəgötürən və işçi 16 dekabr 2024-cü il tarixdə qərar verir ki, əmək müqaviləsinin 20 dekabr 2024-cü ildən hüquqi qüvvəyə minməsinə ehtiyac yoxdur. Bu zaman işəgötürən ƏMAS altsistemində həmin əmək müqavilənin ləğvini həyata keçirə bilməz. Çünki 16 dekabr 2024-cü ildə ləğv edilməsi planlaşdırılıan əmək müqaviləsi 13 dekabr tarixində imzalandığı üçün həmin tarixdən 24 saatdan çox müddət keçib.

Misal 2.  İşəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsinə 16 dekabr 2024-cü il tarixdə edilən dəyişikliyə əsasən işçinin əmək haqqının 1 yanvar 2025-ci il tarixdən 1 000 manat olacaq. İşəgötürən və işçi tərəfindən əmək müqaviləsinə dəyişiklik gücləndirilmiş elektron imza ilə təsdiqləndiyi üçün həmin əmək müqaviləsi 16 dekabr 2024-cü il tarixdən “qüvvəyə minəcək” statusunda olacaq. İşəgötürən 20 dekabr 2024-cü il tarixdə qərar verir ki, 1 yanvar 2025-ci il tarixdən işçinin əmək müqaviləsinə artımı həyata keçirməsin. Ancaq əmək müqaviləsinə dəyişikliklərin imzalandığı tarixdən (16 dekabr 2024-cü il) 24 saatdan çox müddət keçdiyi üçün həmin əmək müqaviləsini ləğv etmək qeyri-mümkündür. İşəgötürən əmək müqaviləsinə dəyişikliyin imzalandığı gündə və ya imzalanma vaxtından 24 saat keçmədiyi halda əmək müqaviləsinə dəyişikliyi ləğv etmək hüququna malikdir.

Məlumat üçün bildirək ki, əmək müqaviləsinin 24 saat ərzində ləğv etmək imkanı yalnız “qüvvədə olacaq” statusunda olan əmək müqaviləsinə yaradılır. ƏMAS-da əmək müqaviləsinin “qüvvədə olacaq” statusunda olması üçün bağlanmış əmək müqaviləsinin və ya ona dəyişikliklərin növbəti tarixlərdə hüquqi qüvvəyə minməsi ilə bağlı məlumatın daxil edilməsi zəruridir.

Sonda ƏMAS altsistemində “qüvvəyə minəcək” statusunda olan əmək müqaviləsinin 24 saatlıq müddətdən sonra ləğv edilməsi halında çıxan bildirişi təqdim edirik:

                                                                                                         

Bir məsələni qeyd edək ki, “qüvvədə olacaq” xitam əmrinin 24 saatdan sonra ləğvi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Misal üçün, işəgötürən 16 dekabr 2024-cü il tarixdə ƏMAS altsistemində hazırladığı xitam əmrində işçinin əmək müqaviləsinə xitam tarixini 29 dekabr 2024-cü il kimi müəyyən edib. İşəgötürən 20 dekabr 2024-cü il tarixdə, xitam əmrinin imzalandığı tarixdən 24 saatdan çox müddət keçməsinə baxmayaraq, “qüvvəyə minəcək” statusunda olan xitam əmrini ləğv etmək hüququna malikdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər