Maraqlı məqam! ƏMAS altsistemi əmək qanunvericiliyən zidd məlumatın daxil edilməsinə icazə verir?
MKS Academy tərəfindən dekabrın 14-də, saat 11:00- 14:00 aralığında keçiriləcək “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat veriləcək. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.
İşəgötürənlər ƏMAS altsisteminə məlumatların daxil edilməsi zamanı proqram təminatı tərəfindən məhdudiyyət bildirşləri ilə qarşılaşırıq. Məhdudiyyətlər o halda tətbiq edilir ki, həmkarlarımız tərəfindən təqdim edilən məlumatlar əmək qanunvericiliyinə ziddir. Misal üçün, işəgötürən tərəfindən əlavə iş yeri (əvəzçilik müqaviləsi) üzrə işə qəbul edilən işçiyə 8 saat iş vaxtı müəyyən edilməsinə məhdudiyyət tətbiq edilir. ƏMAS altsistemi məhdudiyyət tətbiq edir ki, işçi əlavə iş yerində 4 saatdan çox işləyə bilməz.
Amma bəzi hallar olur ki, işəgötürən tərəfindən ƏMAS altsisteminə əmək qanunvericiliyinə zidd məlumatlar daxil etmək imkanına malik olur. Misal üçün, işəgötürən işçi ilə 4 aylıq müddətli əmək müqaviləsi bağlayıb. İşəgötürən qərar verir ki, işçiyə 3 aylıq sınaq müddəti müəyyən etsin. İşəgötürən tərəfindən həmin məlumatlar ƏMAS altsisteminə daxil olsa da, proqram təminatı tərəfindən hər hansı məhduyyəti bidirişi təqdim edilmir:
Amma Əmək Məcəlləsinin 51-ci maddəsinin tələblərinə əsasən, Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə müəyyən edilə bilər. O səbəbdən də işəgötürən tərəfindən ƏMAS altsisteminə məlumatlar daxil edilərkən onun əmək qanunvericiliyinə zidd olub-olmadığını araşdırmalıdır.
Məlumat üçün bildirək ki, 14 dekabr 2024-cü il tarixdə ”ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda keçiriləcək tematik təlimdə əmək müqaviləsinin bağlanması və dəyişiklik edilməsinə tətbiq edilən məhdudiyyətlər haqqında geniş məlumat veriləcək.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın