ƏLA DƏYİŞİKLİK! HR-ların haqlı narazılğına səbəb olan bənd ƏMAS-da əmək müqaviləsindən çıxarıldı

ƏLA DƏYİŞİKLİK! HR-ların haqlı narazılğına səbəb olan bənd ƏMAS-da əmək müqaviləsindən çıxarıldı

Əmək müqaviləsində həmin bəndin qeyd olunması işçi tərəfindən də əlavə sualların yaranmasında səbəb olurdu...

MKS Academy tərəfindən dekabrın 14-də, saat 11:00- 14:00 aralığında keçiriləcək “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat veriləcək. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Xəbər verdiyimiz kimi, son dövrlər ƏMAS altsistemi üzrə yeni dəyişikliklər həyata keçirilib. Öncəki yazılarımızda xitam əmri, altıgünlük iş rejimi və xəstəlik vərəqələri ilə bağlı dəyişikliklər haqqında geniş məlumat vermişdik. Cari yazımızda işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsində məlumatların qeyd edilməsi ilə bağlı edilən dəyişikliklərdən bəhs edəciyik. İşəgötürən işçi ilə bağlanan əmək müqaviləsində “4. Əmək şəraitinin şərtləri” bəndinin “İş və istirahət vaxtı üzrə” altbölməsində işçinin iş saatları ilə bağlı şərtləri öz əksini tapır. Dəyişikliyə qədər ƏMAS altsistemində hazırlanan əmək müqaviləsində 4.16-4.21-ci bəndləri üzrə məlumatlar tam olaraq qeyd edilirdi. Əmək müqaviləsində iş rejiminə aid olmayan məlumatların əks olunması insan resursları sahəsində çalışan mütəxəssislərin haqlı narazılığına səbəb olurdu. Çünki işəgötürən işçi ilə bağlanan əmək müqaviləsi üzrə iş vaxtının cəmlənmiş uçoty tətbiq edərkən əmək müqaviləsində aşağıdakı bənd qeyd edilirdi:

“4.16. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir;”

Əmək müqaviləsində 4.16-cı bəndin qeyd edilməsi işçi tərəfindən sənədin imzalanması zamanı əlavə sualların yaranmasına səbəb olurdu. Bəzi mütəxəssislər isə hesab edirdi ki, əmək müqaviləsinin 4.16-ci bəndi sadəcə məlumatlandırma kimi əmək müqaviləsində qeyd olunması nəzərdə tutulub.

ƏMAS altsistemində edilən son dəyişiklik nəticəsində işəgötürən “iş rejimi” bölməsində yalnız beşgünlük və ya altıgünlük iş həftəsinə müvafiq bölmələri seçdikdə, 4.16-ci bənd aktiv olacaq. İşəgötürən “iş rejimi”ndə fərqli iş rejimi seçdikdə halda isə əmək müqaviləsinin 4.16- 4.20-cu bəndlərinin üzərindən xətt çəkilir:

Bir daha bildirək ki, ƏMAS altsistemində bütün proseslər və edilən son dəyişikliklər haqqında geniş məlumat 14 dekabr 2024-cü il tarixdə saat 11:00-  14:00 radələrində həyata keçriiləcək “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimdə veriləcək. Onlayn formada keçiriləcək tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər