2024-cü il və dekabr ayı üzrə iş normaları necə tənzimlənəcək? (3 sual – 3 cavab)

2024-cü il və dekabr ayı üzrə iş normaları necə tənzimlənəcək? (3 sual – 3 cavab)

MKS Academy-nin ekspertləri insan resursları mütəxəssislərindən 2024-cü ilin istehsalat təqvimi və dekabr ayı üzrə iş vaxtı norması ilə bağlı daxil olan sualları 3 qrupda təsnifləşdirib

Sual 1.  2024-cü ilin dekabr ayında beşgünlük iş həftəsində necə iş günü olacaq?

Sual 2. 2024-cü ilin dekabr ayında aylıq iş vaxtı norması nə qədər olacaq?

Sual 3.  Altıgünlük iş həftəsində dekabr ayı üzrə iş günləri necə müəyyən ediləcək?

MKS Academy tərəfindən dekabrın 14-də, saat 11:00- 14:00 aralığında keçiriləcək “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat veriləcək. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

2023-cü ildə olduğu kimi, bu il də ilin sonuncu ayı dekabrın iş günləri və aylıq iş vaxtı normasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dəyişikliklər həyata keçirildi. MKS Academy-nin ekspertləri insan resursları mütəxəssislərindən 2024-cü ilin istehsalat təqvimi və dekabr ayı üzrə iş vaxtı norması ilə bağlı daxil olan sualları 3 qrupda təsnifləşdirib.

Sual 1.  2024-cü ilin dekabr ayında beşgünlük iş həftəsində necə iş günü olacaq?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 3-17/3-5-42/2023 saylı qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. 2024-cü ilin istehsalat təqvimi təsdiq ediləndə dekabr ayında iş günlərinin sayı 20 iş günü müəyyənləşdirilmişdi. İstehsalat təqvimində bələdiyyə seçkilərinin 23 dekabr 2024-cü il tarixinə düşməsi ehtimal edildiyi üçün həmin tarix qeyri-iş günü sayılmışdı. Ancaq bələdiyyə seçkiləri 29 yanvar 2025-ci il tarixinə təyin edildiyi üçün artıq 23 dekabr 2024-cü il tarixi iş günü sayılır. Bundan əlavə, Baş nazir Əli Əsədovun 28 noyabr 2024-cü il tarixli, 499 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. Qərardan göründüyü kimi, 2025-ci ilin 3 yanvar tarixi ilə 2024-cü ilin 29 dekabr tarixi üzrə iş günləri dəyişdirildiyi üçün dekabr ayında iş günlərinin sayı 1 gün artıb. Beləliklə, 2024-cü il istehsalat təqvimində dekabr ayı üzrə 20 iş günü müəyyən olunsa da, faktiki olaraq bu ayda iş günlərinin sayı 2 iş günü (23 dekabr və 29 dekabr (3 yanvar 2025-ci il dəyişdirilən) artırıldığından aylıq iş günlərinin sayı 22-yə bərabər olacaq.

Sual 2. 2024-cü ilin dekabr ayında aylıq iş vaxtı norması nə qədər olacaq?

2024-cü ilin istehsalat təqvimində dekabr ayı üzrə aylıq iş vaxtı norması 20 iş günü üzrə 159 saat müəyyənləşdirilmişdi. Dövlət qurumu tərəfindən təsdiq edilən istehsalat təqvimində Əmək Məcəlləsinin 108-ci maddəsinin birinci hissəsinə əsasən, 30 dekabr 2024-cü il tarixi iş günü hesab edilməyən bayramdan (31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü) öncəki iş günü olduğu üçün iş vaxtının bir saat qısaldılması nəzərdə tutulmuşdu. Bələdiyyə seçkilərinin keçirilməsi tarixinin təyini və Nazirlər Kabinetinin müvafiq qərarı səbəbindən dekabr ayı üzrə iş günlərinin sayındakı dəyişiklikləri nəzərə alsaq, bu ay üzrə aylıq iş vaxtı norması 159 saat yox, 176 saat müəyyən olacaq. Bir məsələni də xüsusi olaraq vurğulayaq ki, dekabr ayının sonuncu iş günü olan 29 dekabr 2024-cü il tarixində iş vaxtının bir saat qısadılması nəzərdə tutulmadığı üçün həmin gün 8 saatlıq norma tətbiq ediləcək. Çünki Nazirlər Kabinetinin qərarından sonra iş günü hesab edilən 29 dekabr 2024-cü il tarixi bayramdan öncəki günə təsadüf etmir.

Sual 3.  Altıgünlük iş həftəsində dekabr ayı üzrə iş günləri necə müəyyən ediləcək?

Bələdiyyə seçkilərinin olmaması səbəbindən 2024-cü ilin 23 dekabr tarixinin iş günü hesab edilməsi altıgünlük iş həftəsində çalışanların iş günü sayının artmasını təmin edəcək. Amma Nazirlər Kabinetinin iş günləri ilə istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı qərarı altıgünlük iş həftəsində çalışan işəgötürənlər üçün imperativ norma hesab edilmir. Bu səbəbdən altı günlük iş həftəsi tətbiq edilən işçilər üçün hər hansı dəyişikliyin həyata keçirilməsi nəzərdə tutulmayıb. Altıgünlük iş həftəsində çalışan işçilər üçün dekabr ayında iş günlərinin sayı bələdiyyə seçkilərinin keçirilməməsi səbəbindən 24 yox, 25 gün olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər