ƏMAS altsistemində xitam əmrləri ilə bağlı YENİ bölmə: 5 sual – 5 cavab

ƏMAS altsistemində xitam əmrləri ilə bağlı YENİ bölmə: 5 sual – 5 cavab

MKS Academy-nin ekspertləri insan resursları sahəsində çalışan həmkarlarımızın ƏMAS altsistemində xitam əmri yaradılan zaman hazırlanan yeni bölmə ilə bağlı suallarını 5 qrupda təsnifləşdirib

MKS Academy tərəfindən dekabrın 14-də, saat 11:00- 14:00 aralığında keçiriləcək “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat veriləcək. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Xəbər verdiyimiz kimi, ƏMAS altsistemində əmək müqaviləsinə xitam əmrinin hazırlanması prosesinə yeni bölmə daxil edilib. Dövlət qurumu işəgötürənə əmək müqaviləsinə xitam verilən işçinin səlahiyyətinin ləğvi ilə bağlı prosesin həyata keçirilməsinə imkan yaradıb.  İşəgötürən “Əməkdaşın icazələri silinsinmi” sualına “Bəli” və ya “Xeyr” cavabı verməlidir.

MKS Academy-nin ekspertləri insan resursları sahəsində çalışan həmkarlarımızın ƏMAS altsistemində xitam əmri yaradılan zaman hazırlanan yeni bölmə üzrə suallarını 5 qrupda təsnifləşdirib:

Sual 1. İşəgötürən əmək müqaviləsinə xitam verilən bütün işçilər üçün həmin bölmədə qeyd aparmalıdır?

  • Dövlət qurumu ƏMAS altsistemində əmək müqaviləsinə xitam verilən bütün işçilər üzrə yeni bölməni aktiv olaraq müəyyənləşdirib.

Sual 2. İşəgötürən yeni bölmədə “Bəli” düyməsini seçdikdə hansı icazələri ləğv edir?

  • İşəgötürən əmək müqaviləsinə xitam bölməsində “Bəli” düyməsini seçdiyi zaman işdən çıxarılan işçinin səlahiyyətlərini etibarsız hesab etmiş olacaq. Misal üçün, işəgötürən insan resursları üzrə mütəxəssisin əmək müqaviləsinə xitam zamanı müvafiq bölmədə “Bəli” düyməsi seçdikdə həmin şəxsə ƏMAS altsistemində verilən bütün səlahiyyətlər etibarsız hesab ediləcək. Əmək müqaviləsinə xitam verilən şəxs ƏMAS altsitemindəki xitamdan öncəki səlahiyyətlərindən istifadə hüququnu itirəcək.

Sual 3. İşəgötürənin ƏMAS-da səlahiyyət vermədiyi işçilər üzrə yeni bölmədə seçim edilməlidir?

  • ƏMAS altsistemində işəgötürənin səlahiyyət vermədiyi işçinin əmək müqaviəsinə xitam zamanı “Bəli” və ya “Xeyr”in seçilməsinin hər hansı əhəmiyyəti olmayacaq.

Sual 4. ƏMAS altsistemində işəgötürən tərəfindən səlahiyyətlərinə xitam verilən şəxslərin digər portaldakı icazələri də avtomatik ləğv edilir?

  • İşəgötürən ƏMAS altsitemində əmək müqaviləsinə xitam verdiyi işçi ilə bağlı yeni bölmədə “Bəli” düyməsi seçdikdə yalnız ƏMAS altsistemində verilən səlahiyyətlər dayandırılır. Əmək müqaviləsinə xitam verilən işçinin başqa portalda - misal üçün, işğaldan azad olunan ərazilərə getmək - icazəsi mövcuddursa, “Bəli” və “Xeyr” düyməsinin seçilməsinin həmin icazəyə aidiyyəti olmayacaq.

Sual 5.  İşəgötürən hansı şəxslərin əmək müqaviləsinə xitam zamanı “Bəli” düyməsi seçdikdə onların ƏMAS-dakı funksiyasını dayandıra bilməyəcək?

  • MKS Academy-nin ƏMAS-la bağlı keçirdiyi tematik təlimdə qeyd olunduğu kimi, işçilər üçün ƏMAS altistemində iki tip istifadəçi imkanları mövcuddur: “rəhbər” və “adi”. İşəgötürən işçi üçün gücləndirilmiş elektron imzanı “rəhbər” statusunda aldıqda, həmin şəxslərə ƏMAS altsistemində hər hansı səlahiyyət verilməsinə ehtiyac yaranmır. Bu səbəbdən “rəhbər” statusunda gücləndirilmiş elektron imzaya malik olan şəxs üçün əmək müqaviləsinə xitam zamanı yeni bölmədə “Bəli” düyməsi seçildiyi halda belə, həmin şəxsin ƏMAS altistemindən istifadə imkanları məhdudlaşdırılmır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər