YANLIŞ MƏLUMAT! ƏMAS Altsistemində əmək müqaviləsi bildirişləri onlayn əmək müqaviləsinə keçirilib?
MKS Academy-nin sayca 8-ci “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimi 21 dekabr 2024-cü ildə saat 11:00-da baş tutacaq. 300-ə yaxın məzunu olan tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat verilir. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan 3 saatlıq tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.
Xəbər verdiyimiz kimi, ƏMAS altsistemində yeni dəyişiklik həyata keçirilib. ƏMAS altsistemində edilən dəyişiklik nəticəsinə elektron sənəd formasında bağlanmayan yəni "onlayn" əmək müqaviləsinə keçid etməyən işçilərin əmək müqaviləsi haqqında məlumatları ayrıca bölmə kimi yox, onlayn əmək müqavilələri eyni bölmədə qruplaşdırılır. Bəzi həmkarımız hesab edir ki, dövlət qurumu son dəyişiklik nəticəsində əmək müqaviləsi bildirişi formasında bağlanan əmək müqavilələrinin də avtomatik olaraq elektron sənəd formasında bağlanan əmək müqaviləsinə keçirib. Xeyr, qeyd edilən yanaşma tamamilə yanlışdır. Yeni dəyişiklikdə nəticəsində sadəcə iki fərqli menyuda qeyd edilən əmək müqavilələri bir menyuda qruplaşdırılıb.
Sual yarana bilər ki, əmək müqavilələri eyni bölmədə birləşdirdiyi halda, işəgötürən necə müəyyən edə bilər ki, hansı əmək müqavilələri "onlayn" əmək müqaviləsinə keçid edilməyib. Qeyd edilən halı müəyyən etmək üçün işəgötürən aktiv əmək müqavilələri reyestrini excel formasında yadda saxladıqdan sonra "Sənədin tipi" bölməsinə diqqət yetirməlidir:
Elektron sənəd formasında bağlanan yəni "onlayn" əmək müqaviləsi bağlanan işçilər üzrə aşağıdakı iki qrupda təsnifləşdirilir:
- Əmək müqaviləsi;
- Əmək müqaviləsinə dəyişiklik.
"Əmək müqaviləsi bildirişi" formasında qeyd edilən yəni "onlayn" əmək müqaviləsinə keçməyən işçilər üzrə qruplaşdırma aşağıdakı kimi olacaq:
- Əmək müqaviləsi bildirişi;
- Əmək müqaviləsi bildirişinə dəyişiklik.
Təsnfiləşdirilmədən göründüyü kimi, "sənədin tipi" menyusunda "əmək müqaviləsi bildirişi" məfhumundan istifadə edən sənədlərə aid edilən işçilərin əmək müqaviləsinin elektron sənəd formasına keçidi ƏMAS altsistemində həyata keçirilməyib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
2 Komment
Imran Ceferov 04 Dekabr 2024
Salam.
Imran Ceferov 04 Dekabr 2024
Çox sağolun belə təlimlərniz üçün. Təşəkkürlər məndə iştirak edəcəm .
Şərh yazın