ƏMAS-da YENİLİK! "Onlayn" əmək müqaviləsinə keçid edilməyən əmək müqaviləsi ilə bağlı hansı dəyişikliklər olub?
ƏMAS-da elektron sənəd müqaviləsi formasında bağlanmayan əmək müqavilələrinin qruplaşması necə həyata keçirildi?
ƏMAS altsistemində yeni dəyişiklik həyata keçirilib. Dəyişikliyə qədər elektron sənəd formasında bağlanmayan yəni "onlayn" əmək müqaviləsinə keçid etməyən işçilərin əmək müqaviləsi haqqında məlumatlar "Əmək müqaviləsi bildirişləri" bölməsində qruplaşdırılırdı. Həmin bölmədə həmçinin qüvvədən düşən, ləğv edilən və ya müddəti bitən əmək müqavilələri haqqında da məlumatlar da ayrıca qeyd olunurdu.
Yeni dəyişikliyə əsasən, ƏMAS altsitemində "Əmək müqaviləsi bildirişləri" bölməsi ləğv edilib, əvəzində "Qüvvədə olan əmək müqaviləsi bildirişləri" bölməsi yaradılıb. Həmin bölmədə elektron sənəd formasına bağlanmayan əmək müqaviləri üzrə altbölmələrin yaradılmasına ehtiyac duyulmayıb.
İşəgötürən elektron sənəd formasında bağlanan əmək müqaviləsinə dəyişiklik və ya xitam verdikdə "Qüvvədə olan əmək müqaviləsi bildirişləri" bölməsinə yerləşdirilən işçinin adının üzərində sağ düyməni sıxmaqla həyata keçirmək mümkündür. Həmçinin elektron sənəd formasında bağlanan əmək müqaviləsini elektron sənəd formasına keçirmək üçün "ƏM bildirişinə dəyişiklik et" düyməsindən istifadə etmək lazımdır.
Məlumat üçün bildirək ki, son tarixlərdə ƏMAS altsisteminə edilən və ediləcək dəyişikliklər haqqında daha ətraflı məlumat 7 dekabr 2024-cü il tarixdə keçiriləcək "Əmək haqqı: A-dan Z-yə" təlimdə ayrıca bölmə kimi veriləcək. Həmin tematik təlimdə 2024-cü ilin istehsalat təqvimində baş verən dəyişikliklərin əmək haqqıya təsiri ilə yanaşı bütün iş rejimlərində əmək haqqların hesablanması, məzuniyyət, müavinət və ezamiyyələr haqqında da geniş məlumat veriləcək. Əyani (Caspian Plaza) və onlayn (ZOOM) formada keçirilən təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefona və ya [email protected] email adressinə yazmağınız kifayətdir
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın