2024-cü ilin iş vaxtı norması 1901 saatdan 1909 saata artırılmalıdır?

2024-cü ilin iş vaxtı norması 1901 saatdan 1909 saata artırılmalıdır?

MKS Academy-nin ekspertləri 23 dekabr tarixinin iş günü olmasının iş vaxtı normasına təsirinə aydınlıq gətirir

------------------------------------------------------------------------

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

------------------------------------------------------------------------

Xəbər verdiyimiz kimi,  bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da (çərşənbə günü) keçiriləcək. Qeyd edək ki, 2024-cü ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2024-cü ilin istehsalat təqvimində 23 dekabr tarixi iş günü hesab edilməyən bələdiyyə seçkiləri günü kimi nəzərə alınmışdı. Bələdiyyə seçkilərinin 29 yanvar 2025-ci il tarixinə təyin edildikdən sonra 23 dekabr 2024-cü il tarixi iş günü hesab edilməsi dəqiqləşdi.

İnsan resursları sahəsində çalışan həmkarlarımızı maraqlandıran məqamlardan biri də dekabr ayı və 2024-cü il üzrə iş vaxtı normalarının müəyyən edilməsidir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının  15 dekabr 2023-cü il tarixli, № 3-17/3-5-42/2023 saylı qərarı ilə  2024-cü il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən, dekabr və 2024-cü il üzrə iş vaxtı norması müvafiq olaraq 159 saat və 1901 saat müəyyən ediib. 23 dekabr 2024-cü il tarixi qeyri-iş günü olduğu üçün artıq dekabr ayı üzrə iş vaxtı norması 159 saat yox, 167 saat müəyyən olunmalıdır.

Misal. İşəgötürən işçilər üçün iş vaxtının cəmlənmiş ucotu üzrə növbəli iş rejimi müəyyən edib. Qeydiyyat dövrü illik olan sistem üzrə işçinin  2024-cü il iş vaxtı norması 1906 saat təşkil edib. Dövlət qurumu tərəfindən təsdiq edilən istehsalat təqviminə əsasən illik iş vaxtı norması 1901 manat olsa da, işəgötürən əmək qanunvericiliyinin tələbinin pozulması halı baş verməyəcək. Çünki 2024-cü il üzrə istehsalat təqvimində 23 dekabr tarixi iş günü kimi nəzərə alınsaydı, o zaman dekabr ayı və 2024-cü il üzrə iş vaxtı norması 167 saat və 1909 saat müəyyən olunmalı idi.

Eyni yanaşma 2024-cü ilin dekabr ayına da şamil edilməlidir. İşçi dekabr ayında 2024-cü ilin istehsalat təqvimində qeyd edilən iş vaxtı norması olan 159 saat yox, faktiki 167 saat işlədiyi halda da, işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması halı baş verməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər